Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                        Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı .....                        Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı .....                        Gürcüstan MDB sazişindən çıxdı .....                        İlham Əliyevə məktub yazmaq istəyirdim, Paşinyan qoymadı - Arayik .....                        Arayik məhkəmədə etiraf etdi: "Təəssüf edirəm.." .....                       
Tarix : 11-10-2013, 18:39




 Təbrizdən üsyan xəbərdarlığı

“Azərbaycan torpağını fitnəkarlıqla başqalarına təqdim etməyə icazə verməyəcəyik”
Təbrizin milli-mədəni fəalları Qərbi Azərbaycan əhalisinin vali təyinatına olan etirazlarını dəstəkləyib. Milli-mədəni fəallar bu barədə bəyanat yayaraq İran rejiminə xəbərdarlıq ediblər ki, kürd millətçisi sayılan Firidun Hümmətini Qərbi Azərbaycana vali təyin etsə, Təbrizin də küçə və xiyabanları Qərbi Azərbaycan şəhərlərinin xiyabanları kimi əhalinin kütləvi etirazlarına meydan olacaq. Bəyanatın bir hissəsində deyilir: “Keçən həftə Azərbaycanın qərbində bir çox fəallarının bu əyalətə kürdün vali təyin edilməsinə qarşı etirazla dolu fəaliyyətinin şahidi olduq. Aldığımız məlumata görə, ermənilərin və kürdlərin qətliam törətməsini hələ də unutmayan əhali ayağa qalxıb və yerli olmayan kürdün vali təyin edilməsinə öz etirazını bildiriblər. Onların etirazı hətta dövlət dairələrinə, İslami İnqilabı Keşikçilər Korpusu (SEPAH) və Bəsic orqanlarına da çatıb. Biz təbrizli milli fəallar olaraq Urmu gölü böhranı və Qaradağ zəlzələsində öz qardaşlarımızı tək qoymadığımız kimi, elan edirik ki, Azərbaycanın qərbindəki bacı-qardaşlarımızı da tək qoymayacağıq. Lazım gəlsə Təbrizin xiyabanları Urmiyə, Sulduz, Xoy, Salmas və başqa şəhərlərimizin xiyabanına çevriləcək və Azərbaycan torpağını fitnəkarlıqla başqalarına təqdim etməyə icazə verməyəcəyik”.

Urmu gölünün suyunun quruması probleminə həsr olunan konfransda Azərbaycan şəhərlərinin əhalidən boşalacağı da dilə gətirilib. Tədbirdə Mustafa Qənbəri deyib ki, Urmu gölü quruduqda 8 milyard ton duz, zəhərli və ağır metallar yerdə qalacaq və bunun mənfi təsirinin 100 kilometr radiusuna qədər qarşısını almaq mümkünsüz olacaq. Bu duz və zəhərli maddələr şəhərləri, kəndləri və əkin ərazilərini məhv edəcək. Nəticədə Təbriz, Qoşaçay, Binab, Sayınqala, Məlikan, Marağa, Bostanabad, Sərəskəndi, Mərənd və s. şəhərlər yaşamağa münasib olmayacaq və əhali bu şəhərləri tərk etməyə məcbur olacaq.

Bu arada Beynəlxalq Əfv Təşkilatının məsulu Drewery Dyke bəyan edib ki, “Ruhaninin iranlıların vətəndaş haqları barəsində verdiyi vədlər, söz həddində qalıb və insan haqları ilə bağlı heç bir dəyişiklik müşahidə olunmayıb”.


Paylaş



Bölmə: Ədəbiyyat
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!