Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb .....                        Azərbaycan opera kollektivi dünya səhnəsində .....                        "Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM .....                        Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır .....                        "Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO .....                        “Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian .....                        Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü .....                        Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI .....                        Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu .....                       
Tarix : 8-02-2015, 06:02
Sevda Mikayılqızının Mübariz İbrahimovun ailəsinə ünvanladığı məktubun, ümumiyyətlə Azərbaycan cəmiyyətinə, gənclərimizə ünvanlandığı qənaətinə gələrək Butov.az saytının oxucularına təqdim edirik:
AZƏRBAYCANIN MILLI QƏHRƏMANI  MÜBARIZ İBRAHIMOVUN AILƏSINƏ

AZƏRBAYCANIN MILLI QƏHRƏMANI
MÜBARIZ İBRAHIMOVUN AILƏSINƏ ÜNVANLADIĞIMIZ MƏKTUBDAN
….Mübariz Vətənə məhəbbətdən şeirlər yazmadı, mahnı bəstələmədi, «Lazım gələrsə düşmənlə döyüşə hazırıq!» söyləmədi, pafosla «Vətən, Vətən!» demədi.
O, sadəcə bu Vətənin yolunda canından keçdi! Şəhid oldu! Millətimizin, Xalqımızın Qəhrəmanı oldu.
Tanrının yaratdığı hər kəs üçün gözlə qaş arasında olan ucuz ölümü düşmənə çox baha satmaqla, Mübariz yatmış vicdanları oyatdı, kütləşməkdə olan vətənpərvərlik hisslərinə bülöv çəkdi, düşmənə papaq altında yatan oğlanların qisasının gücünü göstərdi. Elə özümüzə də!
Mübariz öz danılmaz qəhrəmanlığı ilə belə igidləri olan Vətənin basılmazlığını mənfur erməni qəsbkarlarına bir daha anlatdı! Lərzəyə saldı düşmənlərimizi.
Ağakərim Ata! Şamama Ana!
AZƏRBAYCANIN MILLI QƏHRƏMANI  MÜBARIZ İBRAHIMOVUN AILƏSINƏ

Bilin ki, oğlunuz ölməyib! Düşmənə göz dağı olan uca qaməti, məğrur görkəmi, əzəməti və əzmi ilə ölü­mə qalib gəlib! Nurlu siması, doğma çöhrəsi ilə bizim hər birimizə əzizdən də əziz olan Mübarizimiz öz şərəfli ölü­müylə əbədi ölümsüzlük qazanıb!
İndi «Bu torpağın Nəbisi, Koroğlusu, Babəki var!» sözlərini çox eşitmiş insanların artıq əfsanəsi yox, canlı həqiqəti var - Mübariz adlı həqiqəti!
Həqiqət isə qəhrəmanlıq kimidir - heç vaxt ölmür!
Əsil Azərbaycan Oğlunun nəyə qadir olduğunu əməli ilə sübut edərək, xain düşməni sarsıdan belə qəhrəman oğula görə bir daha qarşınızda baş əyir, Tanrıdan sizə səbr diləyirik.
Böyük hörmətlə,
«Ziya» Nəşriyyat Mərkəzinin
kollektivi adından
Sevda Mikayılqızı


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!