Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 14-07-2015, 13:14
Vətəni, torpağı qoruyan əsgər ən yüksək hörmətə layiqdir

Səyyad ARAN,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini


Ən əvvəl müqəddəs Ramazan münasibətilə ordumuzun şəxsi heyətini təbrik edir, hər kəsə bu mübarək ayın şəfqətini diləyirəm. Bu ayda uca Yaradan insanları sınağa çəkir. Düzdür, Ramazan ayının şərtlərini yerinə yetirmək hərbi xidmətlə uyğun gəlmir, çünki əsgərlərimiz mərd, mətin, cəsur, fiziki baxımdan Vətənin müdafiəsinə daim hazırlıqlı şəxslərdir.
Azərbaycan əsgəri düşmənə amansız olan, Vətəninə sədaqətliliyi özündə ehtiva edən vətəndaş mövqeyindədir. Əsgər Vətəni, torpağı qoruyur. Bu mənada əsgərin yeri cəmiyyətdə böyükdür. Apardığı xidmətin vacibliyi böyükdür, yüksək əhəmiyyətə malikdir. Bu gün Azərbaycan Ordusuna möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı göz önündədir. Təbii ki, ordumuz müstəqilliyimizin ilk illərindəki ordu deyil. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı müasir Azərbaycan Ordusu NATO-ya inteqrasiya etmiş güclü, qüdrətli ordudur. Müasir ordumuzun nailiyyətləri qürurvericidir. Bu gün ordumuzun maddi-texniki təminatı, müasir silahlarla təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı imkan verir ki, orduya xalqımız güvənsin. Ordumuzda peşəkar zabitlərimiz - komandirlərimiz var. Xüsusilə deməliyəm ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun fəaliyyəti, qısa müddətdə orduda apardığı islahatlar xalqın öz ordusuna etibarını daha da gücləndirib. Biz tam əminik ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti Ali Baş Komandanın bir əmri ilə istənilən nailiyyətlərə imza atmaq əzmindədir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artmasında, əsgərlərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsində şəhid əsgərimiz - Milli Qəhrəman Mübariz İbrahimovun misilsiz, parlaq nümunəsi olmuşdur. Mübarizin cəsurluğu, sözün həqiqi mənasında, möcüzəyə bərabər, filmlərdə tamaşa etdiyimiz məşhur qəhrəmanların qeyri-adi döyüş aparmaq bacarığı ilə müqayisədədir. Mərdliyi, Vətənə sədaqəti və sevgisi, düşmənə olan nifrəti, onu fövqəladə qəhrəmanlıq göstərməyə vadar etdi. Riyad Əhmədov, Çingiz Mustafayev, Albert Aqarunov, Şövqiyar Abdullayev... kimi qəhrəman Azərbaycan oğullarının adlarını saymaqla bitirmək olmur.
Orduda xidmət edən Azərbaycan gənci üçün İslam dinindən irəli gələn mərasimlərə müntəzəm əməl etmək münasib deyil. Həm buna əlavə zaman ayırmaq lazımdır, həm də mütləq şərait olmalıdır. Orduda əsgər komandirin tabeliyindədir, xidməti nizamnamələrə uyğun hərəkət etməlidir və o nizamnamədən irəli gələn tələbləri yerinə yetirməyə borcludur. Onlar xidmətlərini başa vurub evə qayıtdıqdan sonra hər hansı dinin daşıyıcısı kimi onun adət və mərasimlərində iştirak edə bilər. Ümumiyyətlə, dini etiqad azadlığı haqqında qanunda göstərilir ki, hər bir insan bir fərd olaraq və yaxud toplum halında dini etiqad edə bilər. Bu halın orduda yaranması düzgün deyil. Mən tövsiyə edirəm ki, bizim ordudakı əsgərlərimiz daha çox hərbi biliklərə yiyələnməyə, hərbin sirlərini öyrənməyə, hər gün döyüş qabiliyyətini artırmağa səy göstərsinlər. Bunlar orduda xidmət edən əsgərin ən başlıca vəzifələridir.
Dinə gəldikdə isə, hər hansı dinin daşıyıcısı olmaq istəyən şəxs hərbi xidmətini başa vurduqdan sonra bu missiyanı həyata keçirə bilər.
Hesab edirəm ki, ordu hər kəs üçün bir həyat məktəbi, böyük sınaq dövrüdür. Orduya həm müəyyən hazırlıq keçərək gəlməlisən, həm də burada qulluq edərkən hərbi
qanunlara, vərdişlərə səbrlə, təmkinlə yiyələnməyə yüksək hazırlığın olmalıdır. Sən burada hər hansı bir zəifliyə, iradi dözümsüzlüyə, səbirsizliyə, emosionallığa yol verməməlisən. Sən komandirlərin əmrini mərd-mərdanə, cəsur, mətnlə yerinə yetirməlisən.
İradəsizliyə, ümidsizliyə qapılıb özünə qəsd etmək hallarına bəzən rast gəlinir, bu insanın xaraktercə zəifliyinin nəticəsidir. Dində də insanın özünə qəsd etməsi qəbuledilməzdir. Müqəddəs Qurani-Kərimdə belə bir fikir var ki, sən özün özünü yaratmamısan ki, özünün də həyatdan getməyinə qərar verəsən. Dünyaya gəlmək və dünyadan getmək uca Yaradanın, Allahın əmri ilə olan işdir. Bu mənada Allah öz bəndələrinə müəyyən bir tale, ömür yolu yazıb. Sən onu yaşamalısan. Sən hansısa bir hadisədən əsəbləşərək və yaxud ümidsizliyə qapılaraq özünü öldürməməlisən. Bu hal Allah tərəfindən bağışlanmır. Eyni zamanda, bu qəbuledilməz hərəkətə yol verməklə ailəni, əzizlərini, ən yaxınlarını ömürlük dərdə salaraq, onları daim əzabla üz-üzə qoyursan. Hansısa gənc bu yola düşərsə, ona əziz olan ata-anaya qarşı böyük haqsızlıq etmiş olur. Gənclərimiz bunu dərindən başa düşməlidirlər.
Şəhidlik kəlməsi Vətən uğrunda, din uğrunda mübarizədə həlak olanlara verilən məşhur dini termindir. Şəhidlik hər kəsə nəsib olmur. Şəhidlərin yeri əbədi olaraq cənnətdir. Torpaq uğrunda, Vətən uğrunda şəhid olan insanın üzünə cənnətin qapıları açıqdır. Bu gün şəhid qəhrəmanımız Mübariz cənnətin ən gözəl guşəsində məskən salıb. O cümlədən, torpaq uğrunda şəhid olan bütün Vətən övladlarının məkanı cənnətdir. Məhəmməd Peyğəmbərimiz (s.ə.s) şəhidin yeri əbədi olaraq cənnətdədir, - deyə buyurmuşdu. Şəhidlik dinimizdə özünün ifadəsini tapıb. Vətən uğrunda şəhid olan qəhrəmanlara dövlətimiz müxtəlif təltiflər verir. Şəhidlərimiz izdihamla dəfn edilir, müxtəlif mərasimlərdə, tarixi günlərdə xalqımız böyük ehtiramla onları ziyarət edir və xatirələrini məhəbbətlə anırlar.
Bu gün müharibə hələ bitməyib, torpaqlarımızı erməni qəsbkarlarından geri almalıyıq. Biz şəhidlərimizin qanı tökülmüş bu torpaqları azad edib Azərbaycanın sərhədlərini möhkəmləndirərək bundan sonra heç bir yağı düşmənin Vətənimizə, torpağımıza göz dikməsinə imkan verməməliyik.



Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!