Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 18-01-2016, 08:39
Zəlimxan Məmmədlinin işini tanınmış hüquqçu araşdıracaq


“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarını tanınmış hüquqçu İlqar Altay araşdıracaq.
Məlum olduğu kimi Zəlimxan Məmmədli 2014-cü ilin oktyabr ayında doğulduğu Gürcüstan torpağına gedərkən sərhəd-keçid məntəqəsində yasaq qərarı ilə üzləşmişdir. Ondan öncə isə Cəmiyyətin sədr müavini haqda da analoji qərar çıxarılmış, lakin ötən yay dəyişdirilmişdi. 2014-cü ilin dekabr ayından istər Azərbaycanın, istər Gürcüstanın, istərsə də Türkiyənin müxtəlif ictimai siyasi qurumları Gürcüstan hakimiyyətinə müraciətlər ünvanlayaraq Zəlimxan Məmmədli və müavini haqda çıxarılan ədalətsiz qərarın ləğv olunmasını istəmişdilər. Bu ana qədər edilən ardıcıl müraciət və etirazlara rəğmən qərar dəyişilməmişdir. Artıq bu yöndə fəaliyyətlərin yeni məcraya daxil olacağını bildirən hüquq müdafiəçisi İlqar Altay çıxarılan qərardakı təzadlı nöqtələrin araşdırılmasında fayda olacağınından xəbər verdi və Gürcüstanda müəyyən hüquqi prosedurların həyata keçirilməsinə ehtiyac olduğunu bildirdi.
Zəlimxan Məmmədlinin işini tanınmış hüquqçu araşdıracaq

Qeyd edək ki, “Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin 15 yanvar 2016-cı il tarixli iclasında İdarə Heyəti üzvləri bu təşəbbüsü dəstəkləyərək Gürcüstanın ədalətsiz qərarının ləğvi və Zəlimxan Məmmədlinin pozulan hüququnun bərpası üçün İlqar bəyə uğurlar arzulayıblar. İclasda iştirak edən İlqar Altay da həmin tarixdən etibarən Zəlimxan Məmmədlinin hüquqlarını qoruması istiqamətində bütün hüquqi vasitələrdən istifadə edərək məsələnin müsbət həll olunacağına inam ifadə edib.

“Borçalı” Cəmiyyətinin Mətbuat və İnformasiya Xidməti


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!