Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 3-03-2016, 16:09
Təbrizdə irqçiliyə qarşı etirazlara qatılanlara 74 şallaq və bir il həbs cəzası


Üçü qadın olmaqla 23 gənc haqda hökm çıxarılıb

Ötən il noyabr ayının 9-da İranda türklərə qarşı yürüdülən ayrı-seçkilik siyasətinə etiraz olaraq Azərbaycan vilayətlərində keçirilən kütləvi “anti irqçilik” aksiyalarına qatıldıqları zaman Təbrizdə nəzarət altına alınan 23 gənc qadın və kişi haqda şərti olaraq 74 şallaq və bir il həbs cəzası çıxarılıb.

Oyan News veb səhifəsində açıqlanmış məhkəmə sənədinin surətinə istinadən Səhər Tirəndaz, Hədiyə Fəthi, Sürəyya Azərhava, Fərşad Sadıqi Xiyavi, Şayan Dövlət Abadi, Səfər Bayrami, Ramin Behzad, Milad Əsgər, Bağır Fərmərzi, Süheyl Qadıri, Rza Bağıri, Məhəmməd Şəfaiyan, Nasir Purxədiv, Sacid Ənami, Bəhram Cövdət, Tovhid Əlicani, Təyyib Əlicani, Ümid Hatəmi, Əli Pejman, Adil Əmirpur, Hamid Nəsibi, Əlirza Abdullahi və Əlirza Şaban Qışlaq “qanunsuz aksiyaya qatılaraq ictimai asayişi pozmaq” ittihamı ilə mühakimə olunublar.
Hakim Məhəmməd Əli Pirinin imzaladığı hökmə əsasən, üç il ərzində gənc təbrizlilər tərəfindən “yeni qanun pozuntusu həyata keçirildiyi təqdirdə” şallaq və həbs cəzası icra ediləcək.
Xatırladaq ki,Keçən ilin noyabr ayında İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı uşaq proqramında türklərin aşağılanması ardından İran Azərbaycanı və Tehranda baş qaldıran kütləvi etirazlarda bir çox vətəndaş və fəal polis zorakılığına məruz qalaraq həbs edilib.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!