Cəmi 7 dəqiqə görüşdülər .....                        İlham Əliyev BMT çərçivəsində daha bir görüş keçirdi .....                        Ukrayna "İskəndər"i partlatdı .....                        Prezident Mitsotakis ilə görüşdü .....                        İtaliya Fələstini bu şərtlə tanıyacaq .....                        Azərbaycan və Keniya liderləri bir arada .....                        Tramp Bakı və İrəvan arasındakı sülhdən danışdı .....                        250 manat alıb kiməsə sənəd verməmişəm - MƏHKƏMƏ .....                        Baş katib Azərbaycanla Ermənistanı nümunə göstərdi .....                       
Tarix : 2-08-2017, 14:04
Azərbaycan Milli Hərəkatına qarşı təxribatlar davam edir


Butov.az GünAzTV - yə istinadən xəbər verir ki, azərbaycanlı milli-mədəni fəal Əli Xeyrcu cinayətkar “Çətəçilər” bandası üzvlərinin Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycanın şərif millətinə və Azərbaycan Milli Hərəkatının sadiq fəallarına salamlar olsun. Biz başıuca və vüqarlı Ərdəbil və Savalan diyarının övladları uzun illərdir ki, əziz millətimizin hüquqlarının tanınması uğrunda Azərbaycanın digər şəhər və bölgələrinin milli-mədəni fəalları ilə çiyin-çiyinə birgə mübarizə aparmış, bu yolda əlimizdən gələni əsirgəməmişik. Biz bu yolda öz millətimizlə və mütəal Allahla əhd-peyman bağlamışıq.

Biz, millətimizin ayıq vicdanı qarşısında üzü qara olmamaq üçün bu yolda hər cürə əzab-əziyyətə dözmüş, çətinliklərlə üz-üzə qalmışıq. Ancaq xalqımız arasında milli oyanışın gündən-günə vüsət alması bizim bu yolda çəkdiyimiz bütün acıları bizə unutdurur, şirinləşdirir.

Bütün bunlara baxmayaraq istər keçmişdə, istərsə də indiki dövrdə elə cərəyanlar da olub ki, bu milli oyanışın güclənməsindən qorxuya düşən bəzi qüvvələr, fars şovinizmi amilləri ilə əlbir olaraq milli hərəkatımızın qabağına daş ataraq bu oyanışı dayandırmağa cəhd ediblər. Məhz buna görə də, onlar həmin niyyətlə istər ölkə daxilində, istərsə də ölkə sərhədlərindən kənar hüdudlarda müxtəlif vasitələrlə milli fəallarımıza qarşı təzyiq göstərərək Azərbaycan Milli Hərəkatına və əziz millətimizin müqəddəs ideyalarına qarşı təxribat aparmağa çalışırlar. Buna misal da “Dirəniş” təşkilatına bağlı bəzi şəxslərin hərəkatımıza qarşı apardığı təxribat xarakterli son əməlləridir.

Bununla da mən Əli Xeyrcu, Azərbaycan milli-mədəni fəallarından biri olaraq təxribatçıların son hərəkətlərini pisləyir, onları şərif Azərbaycan milləti və onun sadiq fəalları qarşısında cavabdeh olmağa çağırıram”.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!