Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 20-07-2017, 11:14
Ərdəbildə azərbaycanlı fəallara qarşı fərqli təzyiq metodlarından istifadə olunur

Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, Ərdəbildə Ettelaat (İran Kəşfiyyat Nazirliyi) və digər təhlükəsizlik orqanlarının bu şəhərin milli-mədəni fəallarına qarşı təzyiqləri davam edir.

Həbs, saxlama, təqib, təhdid və s. kimi təzyiq vasitələri nəticə vermədikdən sonra bu dəfə ərdəbilli fəallara qarşı daha fərqli və qeyri-əxlaqi üsuldan istifadə olunur.

Xəbər verdiyimiz kimi, mayın 24-də tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin iş yerində olduqca qeyri-adi hadisə olub. Sözdə bir neçə nəfər oğru, gecə saatlarında fəalın Şohəda xiyabanında yerləşən mağazasına daxil olub, hər yeri, o cümlədən Çənli-bel kitabxanasını alt-üst edərək axtarış aparıblar. Onlar sonda iz itirmək üçün özləri ilə az miqdarda xırda pul götürüblər. Hadisə ilə bağlı polisə müraciət edən A.Lisaninin şikayəti hələ də nəticə verməyib. Fəalın mağazasının qarşısında gizli kamera olduğu halda, mağazaya girənlərin bu günə qədər tapılmaması şübhə doğurmaya bilməz.

İyulun 13-də isə azərbaycanlı fəal Cəfər Rüstəmiradın atası evində oxşar hadisə baş verib. Belə ki, Rüstəmirad ailəsi toy mərasimi üçün Təbrizə səfər etdiyi gün, bir neçə nəfər gecə saatlarında həyətə daxil olub və şüşəni kəsdikdən sonra evə giriblər. Onlar hər yeri, hətta şəkil çərçivələrinə qədər axtarıb, evi alt-üst ediblər. Evdə bir çox bahalı əşya olduğu halda yalnız bir odekolon və iki ədəd hədiyyə sikkəsindən başqa heç nə oğurlanmayıb, o əşyaların da iz itirmək üçün götürüldüyü məlumdur.

Bu dəfə isə ərdəbilli fəallar başqa bir təzyiq metodu ilə üzləşib. Məşhur fəallar Murtaza və Mustafa Pərvinin qonşuluğunda kirayə qalan şəxs, binanın ikinci mərtəbəsinə iki kamera quraşdırıb. Kameralar elə istiqamətə quraşdırılıb ki, adını çəkdiyimiz fəalları və onların evinə gəlib-gedənləri kontrol etməkdə başqa heç bir işə yaramaz. Üstəlik kameraları kirayədə qalan şəxsin quraşdırılması, onun sadəcə adını çəkdiyimiz fəalları nəzarətdə saxlamaq üçün istifadə olunduğunu göstərir.
İran rejimi onlarla milyon Azərbaycan türkünü bütün sahələrdə ayrı-seçkiliyə məruz qoyduğu üçün Güney Azərbaycanın müxtəlif bölgələrindən bu siyasətə qarşı etirazlar var, etirazçıların bir çoxu milli-mədəni fəal adı ilə mədəni mübarizə aparır. Rejim isə həmin fəalları mədəni fəaliyyətdən uzaqlaşdırmaq üçün onları müxtəlif uydurma ittihamlarla həbs edir, bir çox təzyiqlərə məruz qoyur. Görünür ki, həbs, işgəncə və saxlama kimi təzyiqlər nəticə vermədiyi üçün rejim yeni təzyiq metodlarına üz tutub.



Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!