Milli Qəhrəmanların təqaüdü 200 manat artdı .....                        Tokayev parlament sədrləri ilə görüşdü - FOTO .....                        Dəfn pulu 600 manat oldu .....                        Şəhid ailələlərinin təqüdünü yeni məbləği .....                        Çoxuşağlı ailələrin təqaüdü 35 manat artdı .....                        Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM .....                        Vətən Müharibəsi Qəhrəmanları 2200 manat alacaq .....                        Sosial müavinətlər və təqaüdlər artırılır - Prezident Sərəncam imzaladı .....                        Kəlbəcərlilər bu tarixdə doğma yurda qayıdır .....                       
Tarix : 19-07-2017, 10:32
5 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib


Butov.az GünAz TV - yə istinadən xəbər verir ki, iyulun 17 - də Təbriz İnqilab Məhkəməsinin 3 - cü Şöbəsində bu şəhərin mərkəzi zindanında bir aydan çoxdur aclıq aksiyası keçirməkdə olan azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan və daha 5 fəalın məhkəmə iclası təşkil olunub. H. Sasaniyan növbəti dəfə iclasa qatılmaqdan imtina edib.

Məhkəmə iclasından sonra artıq Mehdi Cavadzadə, Həmid Səqəfi, Babək Avənd, İsmail Əfxəmi və Yunis Rəhimi barələrində çıxarılacaq hökmü gözləyir. H.Sasaniyan bundan öncəki məhkəmə proseslərinə də qatılmadığı üçün barəsində qiyabi olaraq qərar çıxarıla bilər.

Məlumata görə, H.Sasaniyan zindana nəzarət edən müstəntiqlə görüş bəhanəsi ilə Təbriz məhkəməsinə gətirilib, lakin o, növbəti dəfə məhkəmə iclasına qatılmayıb.

H.Sasaniyan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məhkəmə prosesinə müdaxiləsi və uzun müddətdir qeyri - müəyyən vəziyyətdə saxlandığına etiraz olaraq iyunun 13 - dən aclıq aksiyası keçirir. Bu müddətdə rejimin rəsmi orqanları onun irəli sürdüyü tələblərə laqeydlik nümayiş etdirib, fəalın ailə üzvləri və yaxınları isə onun səhhətindən nigarandır.

Hazırda aclıq aksiyasının 36 - cı günündə olan azərbaycanlı fəal böyrək ağrısı, mədə qanaxması, qan təzyiqi və bayğınlıq kimi xəstəliklərdən əziyyət çəkir, onun son günlərdə laxta qan qusduğu bildirilir. Bütün bunlara baxmayaraq siyasi məhbusun şəhər xəstəxanasında müalicə olunmasına icazə verilmir.

Vaxtaşırı bayğınlıq keçirən azərbaycanlı fəal davamlı olaraq karbamazepin dərmanı qəbul etməlidir. O, həmin dərmanı qəbul etsə də, uzun müddət ac qaldığı üçün son günlərdə onda bir neçə dəfə bayğınlıq olub.

H.Sasaniyan 2016 - cı il mayın 15 - də Mehdi Cavadzadə, Həmid Səqəfi, Babək Avənd, İsmail Əfxəmi və Yunis Rəhimi adlı 5 azərbaycanlı fəalla birlikdə Ərdəbildə yaxalanıb. O, yaxalandığı gündən bəri müvəqqəti həbsxanada saxlanılır.

Yuxarıda adlarını çəkdiyimiz fəallar “Ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq” ittihamı ilə mühakimə olunur, lakin onlar irəli sürülən ittihamı qətiyyətlə rədd edir.

Fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, əsassız etiraflar üçün ağır işgəncəyə məruz qalıblar.

H.Sasaniyan iyunun 20 - də vəkilinin prosesə qatılmadığı səbəbindən üçüncü dəfə olaraq Təbriz İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatılmaqdan imtina edib, nəticədə proses iyulun 17-nə təxirə salınmışdır.

Mayın 31-də Təbriz məhkəməsinin 3-cü şöbəsində adlarını çəkdiyimiz 5 fəalın məhkəmə iclası keçirilib. Çağırışa görə, Həbib Sasaniyan da məhkəməyə müraciət etməli idi, lakin o ETTELAAT İdarəsinin ona qarşı irəli sürdüyü yalan ittihamlar, məhkəmənin müstəqil olmaması və qaldırdığı vəsatətə baxılmamasına etiraz olaraq məhkəməyə müraciət etməkdən imtina edib.

O, aprelin 18-də də dosyesində bəzi sənədlərin yoxa çıxması səbəbindən məhkəmə iclasına qatılmaqdan imtina etmişdir.

H.sasaniyanın 11 və 15 yaşlı iki övladı var. Fəalın həbsdə olması səbəbindən onun ailəsi çətin güzəran keçirir, maddi sıxıntı çəkir. Ailənin dolanışığının həddən artıq ağır olduğu barədə dəfələrlə məlumat yayılıb.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!