"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 3-08-2014, 16:01

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev öz Facebook səhifəsində müraciət yayıb. Butov.az saytı həmin müraciəti təqdim edir:

 

 

 

İşğalçı Ermənistanın təmas xəttində atəşkəsi pozaraq ordumuzun mövqelərinə etdiyi hücumun və törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycanın Milli Ordusu üzərinə düşən vəzifəni layiqincə və yüksəl peşəkarlıqla yerinə yetirir. 
Ancaq hamımız bilirik ki, müharibə təkcə cəbhə xəttində deyil, eyni zamanda informasiya və diplomatiya sahəsində də aparılır. Buna görə də bu gün bizlər- millət vəkilləri, diplomatlar, siyasi partiyalar, QHT-lər, KİV-lər və bütövlükdə hər birimiz belə bir həssas məqamda məsuliyyətimizi və üzərimizə düşən vəzifəni düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıyıq. Ən vacib və təxirə salınmaz addımlardan biri beynəlxalq aləm də Ermənistanın aqressiv mahiyyətini ifşa etmək və region üçün bu dövlətin ən böyük təhlükə olduğunu göstərməkdən ibarət olmalıdır. Beynəlxalq qurumlardan aqressorun və işğalçının cəzalandırılmasını tələb etməliyik. Xüsusilə, Azərbaycan XİN-nin Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı verdiyi son bəyanatına bütün vətəndaş cəmiyyəti institutlarının qoşulmasına və onu dəstəkləməsinə ciddi ehtiyac var. 
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bəzilərinin verdiyi ənənəvi “narahatıq” bəyanatı qətiyyən qəbul edilə bilməz. Minsk Qrupu nəhayət Ermənistanın son addımlarının nə qədər təhlükəli olduğunu anlamalı və heç olmasa bir dəfə də olsun obyektivlik nümayiş etdirərək Ermənistanın atəşkəsi pozmasını və çoxlu sayda insan itkisinə səbəb olan təxribatlarını ciddi şəkildə pisləməlidir.
Belə bir ədalətlı mövqeyi biz eyni zamanda ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Joa Suareşdən də gözləyirik.
Bu baxımdan informasiya və diplomatiya sahəsində əldə etdiyimiz üstünlüyü qoruyub saxlamaq və daha da gücləndirmək üçün bütün QHT-lər , siyasi partiyalar, mətbuat nümayəndələri, dövlət qurumları və bütövlükdə ictimaiyyət vahid mövqedən çıxış etməli və zəruri hallarda fəaliyyətimizi əlaqələndirməliyik.
Mən, xüsusilə qeyri-hökumət təşkilatlarını bu günlərdə daha fəal olmağa, Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı məlumatları operativ şəkildə beynəlxalq təşkilatlara təqdim etməyə çağırıram.



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!