Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 8-10-2014, 09:57

Binəqədinin bağlı yolları 

 Abşeron bağlarına gedən yollar Binəqədi rayonunun ərazisindən- Rəsulzadə qəsəbəsinin darısqal yollarından keçir. Elə ali məktəblərə, orta təhsil müəssisələrinə dərsə gedənlər, səhər-səhər işə tələsənlər də bu yollardakı tıxaclardan keçməyə məhkum edilirlər. Çünki uzunluğu 15-20 metr olan yük maşınları  günün, gecənin istənilən vaxtı bir-birinin ardınca düzülərək yollara çəpər çəkir. Pirşağıya, Qızılquma, İkinci sovxoza, Görədilə, Fatmayıya, Mehdiabada, Novxanıya, Binəqədiyə gedən marşrut avtobuslarının sürücüləri havalanıb avtobusu hara gəldi sürürlər. Bir də baxırsan ki, ya Biləcəridə, ya Sumqayıt yolunda, ya da hansısa tanımadığın bir yerdəsən. Onda da mərəkə qopur. Ağız deyəni qulaq eşitmir. Dava-dalaş başlayır. Hər kəs ya yolundan,ya dərsindən, ya da işindən olur. Beləcə qan qaraçılıqları axşama qədər davam edir. Axşam da həmin ovqat evlərə, ailələrə daşınır. Təbii ki, əgər adamlar evlərinə salamat gedib çata bilsələr.

Binəqədinin bağlı yolları 

Binəqədinin bağlı yolları

   Yolların təhlükəsizliyinə cavabdeh olan şəxslər isə ya hansısa vəzifəlinin qaynanasını mənzilbaşına qədər müşayiət edir, ya da harasa çəkilib qəza gözləyirlər. Qəza törəndimi, buyurun hər kəs başınızın üstündədir. Başı bəlaya düşənin dərdindən hərə öz payını çıxarır. Kimə nə düşə düşə. Bizə düşən isə hər gün eyni dərəcədə ağır  mənzərəni seyr etməkdir. Allah bizə səbr, cavabdehlərə insaf versin! 

Binəqədinin bağlı yolları

 

Butov.az



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!