Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 24-02-2016, 14:56
"Qan yaddaşımız Xocalı”


Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Qan yaddaşımız Xocalı” adlı anım tədbiri keçirilib.

Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Məhz 24 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı terrorçu qruplaşmalar və keçmiş imperiya ordusunun 23-cü diviziyasının Xankəndində yerləşən 366-cı motoatıcı alayı ilə birləşərək Xocalıda kütləvi və amansız soyqırımı aktı həyata keçirdi. Bu misli görünməmiş faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət idi.
"Qan yaddaşımız Xocalı”
"Qan yaddaşımız Xocalı”

Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyinini, 130 uşaq valideyinlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı sakini əsir, 150-si isə itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində ziyan vurulmuşdur.
"Qan yaddaşımız Xocalı”
"Qan yaddaşımız Xocalı”

Tədbiri giriş sözü ilə açan muzeyin rəisi e.o.polovnik Əzizağa Qəni-zadə qeyd etmişdir ki, məhz həmin gecə Xocalıya 4 tərəfdən dəhşətli hücum başladı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı terrorçu qruplaşmalar və keçmiş imperiya ordusunun 23-cü diviziyasının Xankəndində yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi.
Tədbirdə Müdafiə Nazirliyinin Döyüş hazırlığı İdarəsindən, Hüquq İdarəsindən, H.Əliyev adına ali hərbi məktəblərdən, hərbi hissələrdən, Hərbi Akademiyadan, veteran təşkilatlarından, Hərb Oyunları Mərkəzindən, Təlim- Tədris Mərkəzindən ,şəhər muzeyləri və digər idarə - müəssisələrindən nümayəndələr iştirak etmişdir.
Tədbirdə Müdafiə Nazirliyi Sənədli filmlər kinostudiyası tərəfindən hazırlanmış Xocalı soyqırımına həsr olunmuş " Xocalı əsrin faciəsi" adlı 15 dəqiqəlik sənədli filmin təqdimatı olmuşdur.
"Qan yaddaşımız Xocalı”

Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin Ekspozisiya hissəsinin rəisi, tədbirin layihə rəhbəri Şəlalə Hüseynovanın və digər natiqlərin çıxışları dinlənilmişdir.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!