Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                       
Tarix : 3-02-2016, 15:26
Elxan ömrü faydalı ömürdür


Borçalı eli 3000 ildən çoxdur türklərin məskunlaşdığı diyardır. Öz ənənələri, folkloru, insan tipi olan bir diyarda dünyaya gəlməyin özü də bir xoşbəxtlik, Allahın xoş qismətidir. Hər kəs üçün doğulduğu yurd müqəddəsdir.
Faxralı eli tarixiliyinə, ənənə gözəlliyinə, qəhrəmanlıq və folklor nümunələrinə görə unikal insan məkanlarından biridir. Borçalı özəllik və gözəlliklərinin ilkin maya yeri Faxralıdır deməyə cəsarətim və haqqım var. Elxan Məmmədlini bu baxımdan baxtlı birisi hesab edirəm. Dünyaya gəldiyi Faxralı kəndi çox müqəddəs bir ocaqdır. İnsanları zəhmətkeş, mərd, elat ruhlu, inanclı bir toplumdur. İnsan şüurunun formalaşmasında təbiət, ətraf müfit, yerli ənənələr, davranış vərdişləri təsirsiz ötüşmür.Bu gün tanıdığım və öyündüyüm Elxan bəyin Var olmasında şübhəsiz ki, bu amil mühüm rol oynamışdır. Ot kökü üstə bitər, deyiblər. Ailə təməlləri, valideyn zehniyyəti isə əvəzsiz istinadgahlardır. Hüseynqulu müəllimin adının bu gün də xeyir-şərdə ehtiramla anılması yalnız xoş duyğular yaradır. Bu ailədə yetişən övlad yaranışından şəxsiyyət, vətəndaş doğulur. Eli, insanlığı hifz edən, milləti, dövləti və dəyərləri qoruyan, ucaldan aydınları görəndə şəxsən onu yaradana, böyüdənə şükranlığımı ifadə edirəm. Hüseynqulu müəllimi və Fatimə anamızı ehtiramla yad edir, ruhuna fatihə deyirəm.
Lap gəncliyimdən Elxan Məmmədlini radioda, televiziyada, dövrü mətbuatda duydum. Saz və sözün uca tutulduğu auditoriyalarda hər zaman bir Elxan gözəlləməsi də hiss etmişəm. Saz türkün əzəl simgəsi, ruhunun maddiləşən formasıdır. Onu sevdirmək, ideologiyaların basqısına baxmayaraq, onu layiq olduğu uca mərtəbəyə qaldırmaq Elxan Məmmədlinin ən böyük missiyası olub. Bu məktəb Azərbaycan türkünün hansı coğrafiyada məskunlaşmasından asılı olmayaraq saz, söz, aşıq adına həmin yerlərə əl qoyub, topladığı qalaq-qalar ozan tarixi, aşıq məktəblərinə həsr etdiyi kitablarla iz qoya bilib. Elxan Məmmədli aşıq sənətinin mahir bilicisi, onu araşdıran ən mükəmməl tədqiqatçılarımızdandır. Bu gün aşıq sənətinin, sazın ucalıqda qalmasında tədqiqatçı-alim Elxan Məmədlinin adını qürurla çəkə bilərik.
Tale elə gətirdi ki, xəyallarımda yaşatdığım Elxan bəylə 2009-cu ildən “Borçalı” Cəmiyyətində ortaq dəyərlərimiz uğrunda mübarizə səngərində bir yerdə olduq. Yeni sədr olaraq Elxan Məmmədlini İdarə Heyətində birgə fəaliyyət dəvət etdim. Böyük məmnunluqla razılaşdı. Çox qısa zamanda iş birliyimiz alındı. Elxan bəy 2009-cu ildə Borçalı türk tarixində tarixi hadisə olan I Elat bayramının ilk aparıcısı olaraq ruhani giriş nitqi, verdiyi mesajlarla minlərlə soydaşımızın qəlbinə yeni yolun işığını salaraq özəlliyini, el ruhlu olduğunu bir daha təsdiq etdi. Qısa zaman kəsiyində xəyallarımda qurduğum Elxan bəy obrazı, gerçək həyatda səmimi, sədaqətli, cəsarətli, elmi dünyagörüşlü, milli idealları zəngin olan məslək dostuma çevrildi. Bu gün də ağır şərtlər altında imkanımız çatan nə varsa elimiz, Dünya qarapapaqları, türk dünyası üçün etməkdəyik. Mənəvi yükü ağır, missiyası ruhani olan Dədə Camal Məclisinin sədri olaraq, Borçalını Azərbaycana və türk dünyasına tanıtmaq kimi şərəfli bir işi aparmaqdadır.
Elxan Məmmədli ömrü faydalı ömürdür. Elxan bəy insanlığın ilahi özəlliyi olan şüurdan digərlərinin nəfinə təmənnasız, səmərəli istifadə etmək eşqinə və qabiliyyətinə malik olması ilə özünəməxsusdur. Allahdan dəyərli eloğluma, yolbayıma, məslək dostuma, layiqli türk kişisinə- Elxan Məmmədliyə insanlıq adına nə gözəllik varsa, hamısını arzulayıram.
Ehtiramla,
Zəlimxan Məmmədli


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!