Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 18-01-2016, 09:21
Elxan Məmmədliyə saz ömrü diləyilə


İşıqlı Atalı
Elxan Məmmədliyə saz ömrü diləyilə

Əzizim Elxan müəllim! 70 yaşınızı ürəkdən qutlayıram!
Ömrünüzün bu çağında da ana sazımızla nəfəs almağınıza doğal (təbii) baxıram. Ona görə ki, bu, aqibətinizdir.
Dünyada əsilliyin az qala yoxa çıxdığı, insani ilişgilərin sozaldığı bir çağda insanları saz əhvalı üstə yaşamağa, bununla da nasazlıqdan qurtulmağa çağırmaq hünərdir.
Elxan Məmmədliyə saz ömrü diləyilə

Saz əhvalı üstə yaşamaq-ulusallıq örnəyidir.
Sazla bağlı qayğılanmaq hər şeydən öncə hər birimizin sazın ulusal tələbi üstə yaşamağımız, ömrümüzü bu əsasda qurmağımız, sözlə əməli birləşdirməyimiz deməkdir.
Sönən ağıllların işıqlanması, ümidsizliyin yoxa çıxması, ilahi qüdrətimizin ürəyimizə təpəri deməkdir saz!
Onillərlə Azərbaycan radiosunda və televiziyasında sazla bağlı verilişlərinizdə bu ulusal dəyərimizin ömürləşməsi üçün çaba göstərdiniz, türkün ruhundan yaranan ilahi sənətin ayaqda qalması, inkişafı ilə bağlı can yanğınızı dilə gətirdiniz.
Elxan Məmmədliyə saz ömrü diləyilə

Sazdan ayrı düşmək-mahiyyətcə eldən, ulusdan ayrı düşməkdir-insan elində, yurdunda yaşayan görünsə də.
Verilişləriniz indi də efirdən səslənir, yurddaşlarımızı ardıcıl olaraq ulusallıq üstə kökləyir.
Sazla bağlı danışmaq, bu qayğıları yaşamaq insandan beş ömür istəyir, yenə azdır. Ona görə ki, ulusal dəyərin yaşı gerçəkliyə sığmır, onun yaşı mahiyyətlə ölçülür. Ulusallığa layiq olan (dəyər sayılan) yurdun insanları tərəfindən bundan sonra daha böyük istəklə yaşadılsın, inkişaf etdirilsin gərək. Yalnız ulusallığa gərəkli, yararlı olanı – yəni içimizdən yarananı, içimizi (ulusallığımızı) təsdiq edəni ulusal dəyər saymaq olar.
Özümüzdən olan həm də bəşəriliyimizi təsdiq edir.
Saz bu sıradadır.
Əgər bundan sonra ana sazımızın imkanları artmayacaqsa, yeni saz havaları yaranmayacaqsa, deməli, bu sahədə geriləmək təhlükəsi ortadadır. Artmayan nəyinsə azalması gerçəkliyi hər kəsə aydındır.
Sizin çabalarınızda əslində bu ulusal harayı aydınca sezmişəm həmişə.
İstəmisiniz ki, saz başqa çalğı alətlərinə oxşamasın, özünə oxşasın.
Gərək aşıq işıq saçsın, qaranlıq saçmasın, özümləşdirsin, özgələşdirməsin.
Azərbaycanın tarixi ərazilərini qarış-qarış gəzmisiniz, çox zaman gedə bilmədiyimiz, əlimizin, ünümüzün yetmədiyi yerlərdə ruhumuzun səsini ucaltmısınız.
Sizə bitməyən ağgünlük (xoşbəxtlik), saz ömrü diləyirəm.


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!