Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 10-02-2015, 16:26
Bitməyən Türkmənçay faciəsi

İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü

Fevralın 10-da Azərbaycanı rusların və farsların əliylə ikiyə bölən “Türkmənçay” müqaviləsinin bağlanmasından 187 il ötür. XIX yüzilin başlanğıcında Azərbaycan xanlıqlardan ibarət idi. Azərbaycan xanlarının çoxusu bir-birlərindən qorunmaq üçün qıraqdan özlərinə qəyyum axtarmağa başlamışdılar. Belədə İranla Rusiya fəlakətli durumdan ustalıqla yararlanaraq Azərbaycanı savaş meydanına çevirdilər. 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan “Gülüstan” sülh müqaviləsinin şərtlərini pozan tərəflər yenidən iki illik savaşdan sonra – 1828-ci il fevralın 10-da bağlanan “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisini Araz çayı sərhəd olmaqla quzeyə və güneyə böldülər. (Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar). Bununla da artıq 202 illlik dönəmdə yurdumuzun həm güneyində, həm də quzeyində baş verən faciəli olayların yaranması üçün böyük, indiyə kimi davam edən milli fəlakətin özülü qoyuldu.
***
“Türkmənçay”dan öncə Azərbaycanın ərazisi 410 min kv. km olub. Bu müqavilə ilə Azərbaycan türklərinin bütöv tarixi torpaqları parçalandı və indi də özümüzə gələ bilmirik. 1991-ci ilin oktyabrında tarixi torpaqlarımızın bir parçasında müstəqil Azərbaycan dövlətini qurduq. Bu, bizim üçün indiki durumda böyük sərvətdir. Dövlətimizin olması əslində millətimizin – Azərbaycan türklərinin dünyada varlığının ən ali təsdiqidir. Ancaq müstəqillikdən sonra arxayınlaşma baş verdi, çağdaş dünyanın pulçuluq, təbəqəçilik, çoxrəylilik oyunları milli duyğuları üstələdi. Sonucda Azərbaycanın bütövləşməsi ilə bağlı ulusal duyğularımız qımıltıdan, sadəcə, istəkdən o yana getmədi...
***
Xalq bilməlidir ki, Türkmənçay faciəsi 20 Yanvar, Xocalı, ümumən Qarabağ faciəsindən min qat ağırdır və onların yaranmasının başlıca səbəblərindən biridir. Bir-iki yazını çıxmaqla mətbuatda və telekanallarda nə “Gülüstan”, nə də “Türkmənçay” faciələri gündəmə gətirilmir. Ona görə də “Türkmənçay” müqaviləsinin imzalandığı gün – 10 Fevral Azərbaycanın Parçalandığl gün kimi qeyd olunmalıdır. Hər il bu tarix kütləvi informasiya vasitələrində ayrıca olaraq bilinməlidir. Adıçəkilən faciə mövzusunda tədbirlər keçirilməli, ictimai mühitdə müzakirə mövzusuna çevrilməlidir. Əgər faciələrimizi dərk etməsək, sabah bundan da çətin durumlara düşəcəyik. Güney Azərbaycanda yaşayan soydaşlarımıza doğmalığımız artmalıdır. Bu gün güneylilərə burada – Quzeydə də fars təbliğatına uyğun çox zaman millət anlamında “iranlı” deyilir. Bu yanlış yanaşma aradan qaldırılmalıdır. Güneylilər də özlərini millət anlamında “iranlı” saymamalıdırlar.
***
Azərbaycanın dərdlərilə dünya oyun oynayır: Qarabağ problemi beynəlxalqlaşdığı dərəcədə çözümü mümkünsüzləşir. Bir millət olaraq varlığımızı təsdiq etmək istəyiriksə, o zaman tarixdən dərs almalıyıq. Faciələrini unudan millət var olmur. Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması həm də dünyanın türkü sevməməsilə bağlıdır. Azərbaycanın faciələri bütün Türk Dünyasının faciəsi sayılmalıdır. Yurdumuzun varlığı Azərbaycanın birliyinin, bütövlüyünün təsdiqindən keçir. İnam Ata (Asif Ata) deyir: “Azərbaycan birdir, əgər ikidirsə, deməli, o yoxdur əslində.”


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!