Zelenski Trampa qarşı çıxdı .....                        Ərdoğandan Alyaska görüşünə reaksiya .....                        Tramp Avropa liderləri və Zelenskini Vaşinqtona çağırdı .....                        Putin Trampdan nə istəyib? .....                        Pakistanda güclü daşqın - 300 nəfər öldü .....                        Müğənni Rəqsanə HƏBS EDİLDİ .....                        SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir” .....                        Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu .....                        Vidadi Babanlı vəfat etdi .....                       
Tarix : 31-12-2014, 14:10
KXCP sədri Azərbaycan xalqını təbrik etdi

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:
"Əziz Azərbaycan xalqı. Sizi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm.
Elçibəyin öndərliyində Azərbaycan Xalq Cəbhəsində təşkilatlanmış xalqımız, uzun illər yaşadığı ayrılığa son vermək üçün 1989-cu ilin 31 dekabrında tikanlı sərhəd məftillərini sökərək birliyə doğru möhtəşəm addım atdı. İçində yaşatdığı nisgildən qurtarmaq, böyük xəyallarını gerçəkləşdirmək, Azərbaycanın quzeyində dövlət müstəqilliyini bərpa etmək, parçalanmış vətənimizi bütövləşdirmək üçün dünyanın ən böyük və qəddar imperiyasının sərhədlərini dağıtdı.
Həmin gün Azərbaycanımızın bütövlüyünə aparacaq milli həmrəyliyin əsası yaradıldı. Səttarxanın başladığı, Rəsuzadənin, Xiyabanin, Pişəvərinin yaşatdığı azadlıq, müstəqillik, bütövlük mücadiləsini Elçibəy davam etdirdi və bu gün dünyanının hər bir yerində yaşayan azərbaycanlının bayram etdiyi həmrəyliyin əsası qoyuldu.
Əziz Azərbaycan xalqı!
Azərbaycanın quzeyində dövlət müstəqilliyimizi bərpa etdik. Azərbaycanın güneyində bu gün milli dövlətimizin yaranması və vətənimizi bütövləşməsi üçün Azərbaycan gənci bu müqəddəs işi davam etdirir. Nəinki Fars şovinizmi, hətta dünyanın heç biri gücü gün-gündən artan bu möhtəşəm hərəkatın qarşısında dura bilməz.
Əziz Azərbaycan xalqı!
Sizi, yaxın gələcəkdə vətənimizin bütövlüyünə, xalqımızın birliyinə çevriləcək Dünya Azərbaycanlılarının Həmrəyliyi münasibəti ilə bir daha təbrik edir və 25 il əvvəl başlamış bu müqəddəs işdə xalqımıza uğurlar arzulayıram."


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!