Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                        Milli Məclisin bu il üçün son iclasının gündəliyi .....                        Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər .....                        Təyyarəyə kənar müdaxilə olub - Nazir .....                        Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                       
Tarix : 2-09-2013, 11:41
Xalqımız sonda azadlıq haqqına qovuşacaq


Azərbaycan Demokrat Firqəsi bəyanat yayıb. Bəyanatda bu gün İran rejiminin basqıları altında əzab çəkən xalqımızın keçdiyi şərəfli yola nəzər salınır və mübarizənin gec-tez bəhrə verəcəyinə inam ifadə olunur.


Azərbaycan Demokrat Firqəsinin 12 Şəhrivər bəyaniyəsinin 69-ildönümü münasibətilə keçirilən iclasın
Bəyanatı


69 il əvvəl Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında mütərəqqi və Azadixah qüvvələr Azərbaycanın azadlığı üğrunda mübarizə apardı. 12 şəhrivər 1324-cü ildə Sətar xan, Bağır xan, Heydər Əmoğlu və Şeyx Məhhəməd Xiyabaninin rəhbərliyi altında gedən mübarizələrin davamçıları olaraq Azərbaycan Demokrat Firqəsi yarandı. Azərbaycan xalqının istəyi və təkidi ilə 12 şəhrivərdə 12 maddədən ibarət qanun qəbul edildi. Azərbaycan xalqının mütərəqqi qüvələrinin istəyi ilə ölkə az bir vaxtda bütün Azərbaycan şəhərlərində azad seçkilərin bünövrəsini qoydu. 2, 5 milyon nəfər bu seçkilərdə iştirak etdi. Azərbaycan xalqı 1324- cü ildə birinci konfransda 700 nəfərdən ibarət nümayəndənin iştirakı ilə Təbriz şəhərinin Firdovsi salonunda təşkil olundu. Konfransda Azərbaycan Demokrat Firqəsinin Məramnaməsi və Əsasnaməsi müzakirə olundu. Konfransda həmçinin 41 nəfər Mərkəzi Komitənin üzvü seçildi. Seyid Cəfər Pişşəvəri Azərbaycan Demokrat Firqəısinin sədri seçildi.

Azərbaycanın qəhrəman oğulları!
68 ildir ki, 1324 - cü il 12 şəhrivərin bəyanatı yayılır. Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycanda azad seçki təmin olundu. Geri qalmış istebdad və istemar qüvvələrin əleyhinə mübarizələr Azərbaycanın azadlıq sevən ziyalılarının hədəfinə çevrildi. Rza şahın qaçmasıyla ölkədə demokratiya bərqərar oldu. Bu cür şəraitdə İranda milli hökümətin hakimiyyət haqqı Azərbaycan üçün həyata keçdi. Məşrutə inqilabını və Xiyabani hərəkatınını Azərbaycan inqilabçıları davam etdirirdi. Lakin az sonra Azərbaycan Demokrat Firqəsi daxili və dünya irtica qüvvələrilə üzbəüz qaldı. İrtica cəbhəsi bütün qüvələrilə Azərbaycanın milli hökümətinin əleyhinə çıxdı. O qüvvələr ki Amerika və İngilis imperalistlərilə əlbir idi Azərbaycan demokrat firqəsinin əlehinə çıxdılar.

Mütərəqi və azadixah qüvvələr!
70 ilə yaxındır ki keçmiş 12 şəhrivərin bəyaniyəsinin 12 maddəsinin yayılması həyata keçmir. 1979- ci il Bəhmən inqilabı Pəhləvi sülaləsinə son qoydu. Azərbaycan xalqı bu inqilabın qələbəsində çox böyük rol oynadı. Nə vaxt ki, zülmkar şah rejimini sona çatdı xalq demokratiyanın bərqərar olması intizarında idi. İran adlalana ərazidə yaşayan xalqlar da öz milli hüquqlarının bərpa olunacağına inanırdılar. Ancaq o qüvvələrin ki, inqlaba etiqadı yox idi öz çirkin əməllərini həyata keçirməyə başladı. Hakimiyyəti zəbt etmiş qüvvələr inqilabçı təşkilat qüvvələrinin üzvlərini zindan salmaqla və ya tərki vətən etməklə aradan götürdülər. Bu işgəncələr də xaqlqın mübarizəsini sarsıda bilmədi. Mübarizə davam etdi və xalqda milli şüur oyandı və mübarizə daha da genişlənməyə başladı.
Azərbaycan demokrat Firqsi inanır ki, ölkənin böhrandan qurtarmasının yeganə yolu azadlıq və mili hüquqların bərqara olunması yoludur. Azərbaycan milli höküməti bir illik qısa təcrübəsi ilə göstərdi ki, bütün maneələrə və çətinliklərə baxmayaraq xalqın qüvvəsilə mümükün olmayan işləri mümkün etmək olar.
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi
Sentyabr 2013 cü il


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!