Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                       
Tarix : 1-01-2015, 20:35
Ulusal Birliyə yetmək

İşıqlı ATALI Mütləqə İnam Ocağının Yükümlüsü
Xalq necə var olur? Onu özünə yaxınlaşdıran, var edən nədir? Neləyək ki, bu amansız çağda millət, dövlət kimi var ola, ayaqda qala bilək? Çıxış yolu ilk növbədə xalq olmağın qaçılmazlığına yetməkdən ibarətdir. Xalq – yetkin fərdlərin şəxsində təsdiqini tapır. Özünü yaradan, var edən xalqını da yaradır, var edir.
***
Çox zaman həmrəylik söz olaraq qalır, gerçəkləşmir, çünki ömürləşmir. Ömürləşməyən – yaşamır, yaşamayan var olmur. Xəlqi səviyyədə birliyimizin yaranması üçün zamandan üstün həmrəylik gərəkdir. Əslində gerçək səviyyədə həmrəylik – ulusal (milli) həmrəylik yaratmır. Böyük istəklərimizə özümüzdən keçməklə yetə bilərik. Böyük istəklər də tez gerçəkləşmir. Ona görə qətiyyən ruhdan düşmək olmaz. Balaca uğurlardan isə arxayınlaşmaq yolverilməzdir.
***
Xalq nəyin əsasında doğruçu həmrəy ola bilər? Yalnız milli dünyabaxış, milli inam əsasında. Çünki milli inam qədər xalqı quran ikinci bir yol, amal yoxdur. Milli dünyabaxış milli birliyimizi yaratmağa, qorumağa qadirdir. Xalqın var olmaq qaçılmazlığı hər birimizin ağlında, ömründə nə dərəcədə yer tutur? Təəssüf ki, fərdlərimizin çoxu hələ bu qaçılmazlığın dərkinə yetməyiblər. Xalq – Bəşəriliyin təsdiqidir. Milli birliyimiz isə bəşəri gərəkliyimizdir.
***
Xəlqi birlik ömürlərdə ağac kimi bitməlidir. Soydaşlarımızı bu müqəddəsliyə yetirmək gərəkdir. Bu anlamda milli duyğuların müqəddəsliyinə, insansevərliyinə yönəlilk işlər görmək gərəkdir. Özünü bu əsaslar üzərində quran, dəyərləndirən insan dövlətinin də təəssübünü daha ciddi şəkildə çəkər. Azərbaycanın milli dəyərləri insançılığı tam ifadə edir. Milli dəyərlərimiz bəşəriliyi tam ifadə etdiyinə görə hər bir azərbaycanlının (türklərin və qeyri-türklərin) öz milli ölçüsüylə yanaşı, bu əsasda da Azərbaycana yanaşması, onu sevməsi həmrəylik üçün daha ciddi əsaslar yarada bilər.
***
Bu gün özümüzü həmrəy saya bilərikmi? O zaman nədən 50 milyonluq türk xalqımız problemlərini çözə bilmir? Nədən həmrəyliyimizi Türk Dünyasına örnək olaraq göstərə bilmirik? Çünki Milli İnam əsasında birliyimizi təsdiq edə bilməmişik. Nədən Türk Dünyası gerçəkdən həmrəyliyə nail ola bilmir? Çünki qatıldığı, qapıldığı müxtəlif yönlü dini, ictimai-siyasi baxışlar onu var edə, birləşdirə bilmir. Bəs bu həmrəyliyi, əslində mənəvi birliyi kim yaratmalıdır? Özündən keçən, millətə, yurda bağlı İnsanlar.
***
Azərbaycan türkləri olaraq həmrəyliyimizi (birliyimizi) istəyiriksə, gərək yurdumuzda bir-birimizə doğmalığımız tam bilinsin, görünsün. Gərək onda milli dəyərlərimiz əsasında yaşayaq.
Milli dəyər ölçümüz isə çağımızda yoxa çıxmaqdadır. Milli dəyərlərimiz Zərdüştlüyümüzlə, Babəkliyimizlə, Dədə Qorqudluğumuzla, Hürufiliyimizlə, Füzululiyimizlə, Muğamlığımızla, Sazlığımızla sıx bağlıdır. Ruhumuzdan yaranmayan ruhumuzu yarada, milli birliyimizi təsdiq edə bilməz.
***
Həmrəylik bu gün yalnız rəy birliyini ifadə edir, möhtəşəm xəlqi birliyi, varlığı ifadə və təsdiq etmir. Çünki hələ Milli İnam əsasında birlik baş tutmayıb. Birlik – fərdin içindən başlayır. Çıxış yolu Xalq olmağımızdır. Bu, necə baş verməlidir? Mənsub olduğumuz xalqın mahiyyəti üstə yaşamalıyıq.
Milli dəyərlərimizin sistemli şəkildə tədrisi, ömürləşməsi gərəkdir. İnsanı da, Xalqı da var edən milli ruhdur. İnsan da, (ulus) xalq da ruhani hadisədir. Yoxsa Zərdüştləri, Babəkləri, Dədə Qorqudları, Füzuliləri özümüzdən saymazdıq, ruhumuzun doğması bilməzdik, ruhumuzun mayasını onlardan tutmazdıq, xəlqi təsdiqimizi onlarda tapmazdıq, görməzdik. Xalq üçün elə bir əbədi ideya tapmaq gərəkdir ki, o əsasda var ola bilsin. Milli birliyimizi yaradan amillərdən ən əsası özümüzə məxsus inamımızın, dünyabaxışımızın olmasıyla bağlıdır. Dünyabaxış xalqın var olmasında elə bir məqamdır ki, bunsuz irəliyə getməyimiz mahiyyətcə mümkün olmayacaq.

***

Soydaşlarımızın Güney Azərbaycan məsələsinə münasibəti daha aydın və ardıcıl olmalıdır. Ümumiyyətlə, təkcə Güney Azərbaycanla yox, tarixən itirilmiş yurd yerlərimizlə bağlı hər bir soydaşımız dərindən düşünməlidir. Bütöv Azərbaycan idealını gerçəkləşdirmək hər birimizdən ilk növbədə güclü idrak tələb edir. Soydaşlarımız yalnız ruhən bir olduğu dərəcədə Bütöv Azərbaycan idealı gerçəkləşə bilər.
***
Dövlətin işi ilk növbədə xalqı qorumaqdır. Bu müqəddəs görəvini yerinə yetirməsi üçün dövlətin özünün varlığının qorunması yönündə hər bir insanımız təəssübkeş olmalıdır. Dövlətin necə ali bir nemət olduğunu sübut etməyə isə gərək yoxdur.
***
Azadlıq duyğusu həm də yetkin fərdlərin ana dilinə sayğısı ilə ölçülür. Əslində parçalanmış Azərbaycanın ağlımızda, ürəyimizdə birliyini daha güclü yaratmaq, milli birliyi istəyiriksə, ilk növbədə Türk dilimizin qoruyucusu olmalıyıq. Güney Azərbaycanda ən böyük zərbə 200 ildir elə Türk dilimizə dəyir. Ancaq dilimiz ən çətin anlarımızda xalqlığımızı təsdiq edib. Biz dilimizi təəssübkeşliklə yaşatmamışıq. Bu, o deməkdir ki, milli ruhumuzu qorumamışıq. Bu arxayınçılıq indi də xarakterimizdə qalmaqdadır.
***
31 Dekabrın bayramlaşması tarixi bir günlə bağlıdır. Ancaq bu günün xristian Yeni ilinin cazibəsi, dəbdəbəsi içərisində itməsi faciəsi də var. İnsanların içində, küçədə, park və meydanlarda mütləq şəkildə Yeni il duyğusu hakimdir, həmrəylik və birlik əhvalı yox! Üstəlik, Yeni il əhvalı bir ay öncə başlayır, bir ay sonra bitir. Bizim həmrəylik duyğumuz isə bu yad, yabançı, ancaq cazibəli əhval içində əslində yada düşmür, yaşanılmır...
*** Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə Türk Dünyasının da qurtuluşu olmayacaq. Türk xalqları bunu gözəl anlamalıdırlar. İçlər aydınlığa çıxmasa, böyük anlamda xalq yaranmasa, yəni imtinaçı, fərdi gərəkliyi vicdan ölçüsü səviyyəsində anlayan, özünəməxsus, müstəqil düşüncəli fərdlər yetişməsə, fəlakətlərimizin ölçüsünü dərk edə bilməyəcəyik.


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!