Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 7-01-2016, 15:12
Bir ömürdə iki həyat yaşayan alim

Elbəyi Cəlaloğlu

Onu orta məktəbdə oxuduğum vaxtlardan çox yaxşı tanıyıram. Əmim oğlu ilə Bakıdan kəndimizə gəlmişdilər. Görüşlərinə gəldim. Sazımı gətirməyimi xahiş etdilər. Süfrə açıldıqdan sonra sazı dilləndirməyimi istədilər. İlk çaldığım hava “Ürfanı” oldu. Elə həmin vaxtdan da dostluğumuz başladı. Daha doğrusu ailə dostluğumuzun fəal üzvlərindən birinə çevrildim. Sonrakı illərdə zaman elə gətirdi ki, saz və sözə olan sevgi bizi daha da yaxınlaşdırdı. Mütəmadi ədəbi-bədii məclislərdə və özəl tədbirlərdə görüşürdük.
1997-ci ildə atam Aşıq Cəlalın 60 illik yubileyində onu masabəyi seçdik, bir-birindən gözəl, məntiqli, elmi, bədii ifadələrilə düşüncələrdə özünün əsil ziyalı obrazını yaratdı. Həmin məclisdə Aşıq Xanlar Məhərrəmov isə iştirakçıları sazıyla avazının sehrinə saldı. Məclisin qızğın yerində Elxan müəllimin Aşıq Xanlara dediyi bir tərif heç yadımdan çıxmır: “Bir var sazın havası, bir var sözün havası, bir də var Xanların öz havası, bu üçü birləşəndə aləm olur”.
Bunlar onunla bağlı xatirələrimdəndir. Amma qeyd edim ki, mənim düşüncəmdə o, gözəl dost, mehriban yoldaş, səmimi insan, dəyərli elm adamı, sözü qiymətləndirməyi bacaran, Azərbaycan folklorunun başbilənlərindən biri, sazımızın, sözümüzün, o cümlədən dastan ədəbiyyatımızın mühafizəsində, təbliğində və yaşadılmasında əvəzsiz xidmətləri olan ləyaqətli bir ziyalıdır. Bu dediklərim bir ömürdə iki - həm şahanə ruhlu cismani, həm də zəngin mənəvi həyat yaşayan folklorşünas-alim Elxan Məmmədliyə aiddir.
Bir ömürdə iki həyat yaşayan alim

Elxan Məmmədli ad-san, şan-şöhrət dalınca qaçmadı. Məqsədi bu olsaydı yəqin ki, ən azından AMEA-da yüksək bir vəzifə tutmuş olardı. O, haqla çalışdı, Azərbaycan folklorunu inkişaf etdirməyi, qədim mədəniyyət nümunələrimizi yenidən gündəmə gətirməyi, klassik ənənələrimizi sevdirməyi, bizim olub unudulanları bizə qaytarmağı özünə borc bildi. Buna kifayət qədər nail oldu da. Elxan müəllim klassik aşıq sənətini incələməyi, dastan ədəbiyyatımızı araşdırmağı və onun itib-batmış nümunələrinin bir çoxunu ustad aşıqların dilindən götürməklə kitab şəklində ictimaiyyətə təqdim etməyi bacardı. Elxan Məmmədli XX əsrin ikinci yarısında Azərbaycan ictimaiyyətinə yaxından tanış olan ustad aşıqların, el sənətkarlarının, eynilə də görkəmli şair və yazıçıların əksəriyyəti ilə birbaşa təmasda oldu. Azərbaycanın bütün tarixi bölgələrini, o cümlədən Borçalını qarış-qarış gəzərək görkəmli insanlarla təkbətək görüşlərdə, səfərlərdə və məclislərdə iştirak etdi. Görüşdüyü sənətkarlarla həmsöhbət oldu, onların dilindən folklor və ədəbi nümunələri götürüb qələmə aldı, lentə yazdı. Onun yorulmadan göstərdiyi cəfakeşliklər, fədakarlıqlar öz sözünü dedi. Bu gün hansı aşıqdan söhbət düşsə, Elxan müəllim onun xarakterik cəhətlərini, üstün keyfiyyətlərini, sənətə verdiyi töhfələri fikirləşmədən, düşünmədən söyləyə bilər. O, həmçinin bir folklorşünas-alim kimi istənilən saz havasının yaranma tarixi və səbəbi, bu havanın özəlliyi barədə ən doğru fikirləri ifadə edə bilər, aşıq poeziyasında işlədilmiş təsəvvüf kəlimələrinin açmasını söyləyə bilər. Necə ki, bu təbirdə kitabları da işıq üzü görüb. Elxan müəllimin sadaladığımız özəlliklərdən ibarət olan örnəkləri vaxtaşırı mətbuatda, xüsusilə də Azərbaycan televiziya və radiosu vasitəsilə təbliğ etməsinin təxminən əlli il tarixi var. O, ötən əlli ildə nəyi yazdısa doğru yazdı, nəyi təsvir etdisə gözəl təsvir etdi, nəyi dedisə məntiqli dedi. Yazdığı da, təsvir etdiyi də, söylədiyi də Azərbaycan folklorunun zənginləşməsinə xidmət etdi. Bu mənada hesab edirəm ki, hər bir sazsevər, folklorsevər, Azərbaycan mədəniyyətinə sevgiylə yanaşan hər kəs dövlət səviyyəsində ən yüksək mükafatlara layiq olan Elxan Məmmədliyə minnətdar olmalıdır.

2016-cı ilin ilk günündə görkəımli folklorşünas-alim, dəyərli ziyalı Elxan Məmmədlinin 70, yaradıcılığının isə 50 yaşı tamam olur. Əziz dostum, hörmətli böyük qardaşım, hər bir sənətsevər türkün yaxşı tanıdığı və hər yerdə fəxrlə adını çəkdiyi, Azərbaycanın milli sərvəti Elxan Məmmədlini hər iki yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ailə səadəti, yaradıcılıq uğurları arzu edirəm!

ÇOXLU VƏ SAĞLAM YAŞA, ELXAN MÜƏLLİM! Sizi öpür, bağrıma basıram!
Bakı, 01 yanvar 2016-cı il


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!