Leysan, dolu, sel... - XƏBƏRDARLIQ .....                        Ukrayna Quru qoşunlarının komandanı istefa verdi .....                        Ukraynadan Rusiyaya böyük zərbə - Təyyarələrini yandırdılar .....                        Füzulidə “Qarabağım mənim” adlı festival .....                        İŞİD liderlərindən biri saxlanıldı .....                        Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü .....                        Rusiyadan Ukraynanın təlim bölməsinə zərbə - 12 ölü, onlarla yaralı .....                        Türkiyədə Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə konsert .....                        Türkiyədə iki zəlzələ .....                       
Tarix : 10-09-2015, 19:23
Sazın-sözün carçısı


Aqil CAMAL


Qorxmaz bəyin aparıcısı olduğu verilişlər yalnız Quzey Azərbaycanı deyil, saza, sözə, aşıq yaradıcılığına bağlı olan bütün mədəniyyət coğrafiyamızı qucaqlaya bilir.

Bu günlərdə 10 illiyini birlikdə qeyd etdiyimiz İctimai Televiziya və Radio Yayımları Şirkətini digər televiziya-radio qurumlarından fərqləndirən cəhətlərdən biri də milli-mənəvi dəyərlərimizə, milli folklor və müsiqimizə verdiyi əlahiddə dəyərdir. Bu sırada, televiziyanın yarandığı ilk vaxtlardan bu günə qədər İctimai TV-nin efirindən aşıq yaradıcılığı ilə bağlı bir-birini əvəz edən verilişlər kütləvi tamaşaçı izləməsini və rəğbətini qazana bilib.
Son dövrlərdə isə aşıq sənəti ilə bağlı İTV-nin istər televiziya, istərsə radio proqramları yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ekran-efirlərindən yayılan aşıq verilişləri artıq, cəmiyyətin müəyyən kəsiminin deyil, əksər tamaşaçı kütləsinin maraqla izləyə biləcəyi verilişlərə çevrilib. Və bu gün bu verilişlər Azərbaycanın efir məkanını çoxdan aşıb. Xüsusilə, Güney Azərbaycanda, Borçalıda, Türkiyədə və bütün Türk dünyasında sevilərək, gözlənilir, izlənilir.
Sazın-sözün carçısı

Məmnuniyyətlə, deyə bilərəm ki, bu verilişlərin keyfiyyət dəyişməsində, “el-oba verilişi” formatından çıxıb, ciddi elmi-kütləvi proqramlar halında gəlməsində dəyərli həmkarımız Qorxmaz Tofiqoğlunun xüsusi xidmətləri var.
Bu keyfiyyəti, bu xidməti görmək, hiss etmək üçün bir qədər uzaqdan durub baxmaq yetərlidir. Qarsda olarkən, oradakı soydaşlarımızın “Ozan məclisi” ilə necə maraqlandığının şahidi olmuşam. Güney Azərbaycandan Bakıya gələn dostlarımız İctimai Televiziyanın saz-söz sənətinə böyük meydan verməsinə görə onun tamaşaçısına çevrildiklərini deyiblər. Belə örnəkləri Türkiyədə, Rusiyada, Avropada, Orta Asiyada yaşayan soydaşlarımızın dilindən də gətirmək mümkündür…
Sazın-sözün carçısı
Həqiqətən, Qorxmaz bəyin aparıcısı olduğu verilişlər yalnız Quzey Azərbaycanı deyil, saza, sözə, aşıq yaradıcılığına bağlı olan bütün mədəniyyət coğrafiyamızı qucaqlaya bilir.
Müasir dövrdə Azərbaycan mədəniyyətinin, incəsənətinin, folklorunun dünyaya səviyyəli şəkildə təqdim olunması üçün ciddi işlər görülüb və davam etməkdədir. Eyni zamanda, aşıq sənətinin, sazın dünyada təbliği də prioritetlərdən biridir. Hesab edirəm ki, İctimai TV və radioda Qorxmaz Tofiqoğlunun müəllifliyi ilə yayınlanan proqramlar bu işlərə başarılı şəkildə dəstək verə bilən proqramlardır.
Bu gün həmkarımız Qorxmazın doğum günüdür. 34 yaşı tamam olur. Bu gün münasibətilə əziz həmkarımızı təbrik edirik.
Dədə Qorquddan günümüzə gələn və bizimlə qiyamətədək yaşayacaq aşıq-ozan sənətinin yorulmaz təbliğatçısına, bu müqəddəs missiyasında bol-bol uğurlar arzu edirik.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!