Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 9-01-2015, 22:33
QAT televiziyaları dəyənəklə hədələdi “Elə etməsinlər ki, əlimizə dəyənək götürüb bu yaramazların dərsini verək”

QAT radio-televiziyalardakı mövcud durumla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Milli Televiziya və Radio Şurasının (MTRS) sədri Nuşirəvan Məhərrəmovun özəl telekanalarla bağlı bildirdiyi iradlar, doğrudan da, tele və radio məkanlarımızda vəziyyətin həddindən artıq ağır olduğunu bir daha göstərir. Cəmiyyətdə televiziya və radiolardakı verlişlərin səviyyəsi ilə bağlı ciddi narazılıq, hətta qəzəb hissi mövcuddur. Verilişlər bayağı, zərərli və primitivdirlər. Televizyaların və radioların əksəriyyəti əxlaqsızlığı, eybəcərliyi, yad dəyərləri təbliğ etməklə məşğuldur. Televiziyalara və radiolara heç bir nəzarət hiss olunmur, nə istəyirlər, onu da edirlər. Biz hesab edirik ki, bu vəziyyətin yaranmasında Milli Televiziya və Radio Şurasının da günahı vardır. Şura ya proseslərə nəzarət etməli, ya da gücsüzlüyünü etiraf etməlidir. Vəziyyət nə yerə çaıtb ki, hər hansı telekanala Şuranın xırda bir iradı həmin telekanalın ən kəskin əkshücumu ilə nəticələnir. Bunun günahı isə həmin telekanalın arxasında duran dövlət məmurudur. Deməli, efirimizin bu vəziyyətə salınmasının məsuliyyəti dövlət məmurlarımızın üzərinə düşür.
Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq, hesab edirik ki, torpaqları işğal altında olan bir ölkədə tele-radio məkanın bu vəziyyətə salınması ən ağır cinayətə bərabərdir və çox ağır nəticələri ola bilər. Dünyanın bütün ölkələrində tele-radio verlişlərində müəyyən proporsiya gözlənilir, hər dövlətin milli maraqları üstün tutulur. Bizdə bu proporsiyalar kobud şəkildə pozulur. Məsələn, torpağı işğal altında olan bir ölkədə Qarabağ, vətənpərvərlik məsələləri yox dərəcəsindədir. Bu vəziyyət dövlət səviyyəsində ciddi müzakirə olunmalı, ciddi tədbirlər görülməlidir. İctimai, siyasi qurumlar, tanınmış ictimaiyyət nümayəndələri , mətbuatın özü bu məsələyə biganə qalmamalı, səsini qaldırmalıdır. Mətbuat azadlığı cinayət üçün azadlıq demək deyildir. Xalqın mənəviyyatını korlamaq, əxlaqsızlığı təbliğ etmək, yad və zərərli dəyərləri cəmiyyətə yeritmək ən ağır cinayətdir. Bu cinayətləri törədənlər cavab verməlidir. Kimisə hansısa televiziyaya və ya radioya rəhbər təyin ediblərsə, yaxud özünə özəl tele – radio yaradıbsa, bu o demək deyil ki, başına qohum - əqrabasını, dost – tanışını yığıb, ağlına gələni edə bilər. Hər kəs cəmiyyət, dövlət qarşısında öz məsuliyyətini dərk etməlidir. Müvafiq rəsmi qurumlar da, tele – radio rəhbərləri də təcili tədbirlər görməlidirlər. Elə etməsinlər ki, əlimizə dəyənək götürüb bu yaramazların dərsini vermək, bu cür yolla qayda – qanun yaratmaq məcburiyyətində qalaq”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!