Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 2-08-2025, 15:37
Atəşkəs olmazsa ABŞ Ukraynaya hərbi yardım edəcək


Atəşkəs olmazsa ABŞ Ukraynaya hərbi yardım edəcək

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı kütləvi hücumlarını “iyrənc” adlandıraraq, Moskvanın avqustun 8-nə qədər atəşkəs razılaşmasına gəlmədiyi təqdirdə yeni sanksiyalarla üzləşəcəyini bildirib.
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Trampın təklifi tərəflərin hazırda olduğu mövqelərdə qalmaqla atəşkəsə nail olunmasına yönəlib:
“Trampın təklif etdiyi plan ondan ibarət idi ki, hər kəs hazırda hansı mövqedədirsə, orada qalaraq atəşkəs əldə olunsun. Amma hazırda Rusiya fərqli mövqe nümayiş etdirir və bu, təşəbbüsün icrasını mümkünsüz edir” – deyə sabiq nazir bildirib.
O qeyd edib ki, Trampın avqustun 8-nə qədər verdiyi vaxt çərçivəsi başa çatarsa, Birləşmiş Ştatlar yalnız sanksiyalarla kifayətlənməyə bilər:
“İstisna etmirəm ki, həmin tarixdən sonra ABŞ yalnız sanksiyalar deyil, eyni zamanda Ukraynaya yenidən silah satışına da başlayacaq. Hazırda təmaslar davam edir və Trampın nümayəndəsinin yaxın günlərdə Moskvaya səfəri nəzərdə tutulur. Yaxın perspektivdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müşahidə etməliyik”.



Zülfüqarov bildirib ki, Rusiyanın həm hərbi, həm də iqtisadi imkanları ciddi şəkildə azalır:
“Rusiya üçün atəşkəsin özü də artıq zərurətə çevrilib. İqtisadi baxımdan da vəziyyət ağırlaşır. Neftin əsas alıcılarından olan Hindistan belə Moskva ilə əməkdaşlıq məsələsində tərəddüd göstərir. Davamlı sanksiyalar Rusiya üçün çox ciddi nəticələr doğurur”.
Sabiq nazir bildirib ki, son vaxtlar döyüş xəttində mövcud olan taktiki dəyişikliklər də nəzərəçarpacaqdır:
“Hazırda yerüstü toqquşmaların intensivliyi azalıb. Tərəflər daha çox artileriya, raket və dron zərbələrinə üstünlük verirlər. Belə şəraitdə ABŞ tərəfindən Ukraynaya göstəriləcək hərbi yardım müharibənin gedişini dəyişə bilər”.
Tofiq Zülfüqarovun fikrincə, Ukrayna artıq Rusiyanın bir sıra kommunikasiya xətlərinə ciddi zərbələr vurub və bu tendensiya davam edərsə, Moskvanın mövqeyi daha da zəifləyəcək.


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!