Zelenski Trampa qarşı çıxdı .....                        Ərdoğandan Alyaska görüşünə reaksiya .....                        Tramp Avropa liderləri və Zelenskini Vaşinqtona çağırdı .....                        Putin Trampdan nə istəyib? .....                        Pakistanda güclü daşqın - 300 nəfər öldü .....                        Müğənni Rəqsanə HƏBS EDİLDİ .....                        SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir” .....                        Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu .....                        Vidadi Babanlı vəfat etdi .....                       
Tarix : 10-03-2015, 19:38
Sazın mübarək!.. Avazın mübarək!.. Yazın mübarək!..

Əziz qardaşım Aşıq Tərmeyxan Borçalı! Sazının zilini zil, bəmini bəm, dəmini dəm tutan, irili-xırdalı məclislərə şirinlik qatan, sehirli havacatların ovqatında Borçalıdan Təbrizə, Ərzurumdan Tiflisə, Bakıdan Dərbəndə, Ərdəbildən Bağdada... pərvazlanan ustad sənətkar! İllər öncə söyləmişdim, yenə deyirəm: sən klassik aşıq sənətini tükənməz həvəsinlə, yorulmaz nəfəsinlə, yellənən qanadınla, sellənən inadınla, qızıl telli sazınla, bənzərsiz avazınla yenidən yaradan, yaşadan, yaddaşlaşdıran bir ozansan, dürr ozansan, pir ozansan! Dədə ozanlardan bəhrələnməyin, simlərdən qopan səslərə sehirlənməyin, dastanların ruhunda sevinib-qəhərlənməyin, ağır oturub, batman gəlməyin, yerində danışıb, yerində gülməyin səni ustad aşıqlar cərgəsinə çıxarıb! Sən Aşıq Əmrah Gülməmmədovdan Aşıq Ədalət Nəsibova, Aşıq Hüseyn Saraclıdan Mikayıl Azaflıya, Xındı Məmməddən Aşıq Şəmşirə, Aşıq Kamandardan Aşıq Əkbər Cəfərova gedən azman sənət yolunun mənəvi körpüsüsən!.. Sazını köynəyindən çıxar, qardaşım! Heç kəsin dilləndirə bilmədiyi köhnə havaları təzələ!.. Ruhumuzu özünəxas çalğınla, özünəbənzər oxumağınla bəzə!.. Mürgüləyən havacatları oyat! Ulu sənətə sənət qat! Sözün mübarək!.. Sazın mübarək!.. Avazın mübarək!.. Yazın mübarək!..
Sazın mübarək!.. Avazın mübarək!.. Yazın mübarək!..

Səmimiyyətlə, qardaşın Knyaz Aslan


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!