Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək .....                        Yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər ölüb .....                        Donald Tramp öz sosial şəbəkəsini yaradır .....                        2030-cu ilədək 2,3 min kilometrlik yeni dəmir yolu xətti çəkiləcək .....                        İranda zəlzələ olub .....                        Azərbaycan və Ukrayna oxucuları arasında görüş .....                        İlham Əliyev və Mehriban Əliyeva “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar - FOTO .....                        Tehran danılmaz fakt qarşısında: İranın narkotrafikinin sübutları - VİDEO .....                        Kəlbəcər və Laçın rayonlarında hərbi hissələrin qışa hazırlığı yoxlanılıb .....                       
Tarix : 22-09-2015, 12:16
“Borçalı” Cəmiyyəti Qarayazıda Zahid Ələmpaşallının yubileyində iştirak etdi


Sentyabrın 16-da Qardabani rayonunun Kosalı kənd orta məktəbində el şairi Zahid Ələmpaşallının 80 illik yubileyi keçirildi. Tədbirə dəvət alan “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli obyektiv səbəblərə görə iştirak edə bilmədiyindən, mərasimdə cəmiyyəti təmsil etmək üçün Mətbuat və İnformasiya Xidmətinin rəhbəri Elbəyi Cəlaloğlu Gürcüstana ezam olunmuşdu.
Tədbirdə rayon rəhbərliyi, müəllimlər, söz adamları, KİV nümayəndələri və musiqiçilər iştirak etdilər. Qardabani İcra Başçısı müavininin açılış nitqindən sonra söz ziyalılara və musiqiyə verildi. “Borçalı” Cəmiyyəti İdarə Heyətinin üzvü Osman Əhmədoğlu Zahid Ələmpaşallının yaradıcılığı barədə ətraflı söhbət açaraq onun ictimaiyyətə təqdim etdiyi dastanları və qoşmalarının mahiyəti barədə fikirlərini iştirakçılarla bölüşdü. Elbəyi Cəlaloğlu “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin salam-duasını və təbrikini yubilyara, eləcə də bütün iştirakçılara çatdırdı. O, “Borçalı” Cəmiyyətinin fəaliyyəti, soydaşlarımızın rifahının yaxşılaşması, onların gürcü xalqı ilə yaxın dostluq, mehriban qonşuluq, sülh, barış şəraitində yaşamasının təmini, təhsil, soydaşlarımıza gürcü dilinin tədrisi və digər sahələrdə problemlərin çözülməsi məsələsində “Borçalı” Cəmiyyətinin rolundan və onun ictimai şüura müsbət təsirindən bəhs etdi. Elbəyi Cəlaloğlu “İmedi” TV-nin və bəzi gürcü mətbuatlarının 7-ci Elat bayramından sonra yayınladığı saxta, qərəzli reportaj və dezinformasiyadan söhbət açaraq onların bu addımını pislədi, məsələlərə bu cür ucuz yanaşmaların iki xalq arasındakı etimad mühitinə xələl gətirə biləciyini diqqətə çatdırdı. Natiq çıxışında Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulmuş əsassız yasaq qərarının ləğv olunmasına böyük ümid bəslkədiklərini də qeyd etdi. Elbəyi Cəlaloğlu çıxışının sonunda Zahid Ələmpaşallını “Borçalı” Cəmiyyətinin “El Ağsaqqalı” fəxri diplomuyla təltif etdi, eləcə də müəllifin “İnsanın dəyəri söhbətindədir” adlı, “Borçalı” Cəmiyyətinin yubilyara hədiyyə məqsədilə nəşr etdirdiyi kitabını və yubilyarın iri həcmli portretini ona təqdim etdi. Qeyd edək ki, Elbəyi Cəlaloğlunun redaktorluğu ilə “Borçalı” nəşriyyat-poliqrafiya müəssisəsində işıq üzü görmüş “İnsanın dəyəri söhbətindədir” kitabında Zahid Ələmpaşallının “Məhəbbət dastanı” və klassik aşıq poeziyası janrında son zamanlar qələmə aldığı şeirləri toplanmışdır.
Qəzənfər müəllimin aparıcılığı ilə baş tutan tədbirdə Kosalı kənd orta məktəbinin direktoru Xançoban Hacımahmudov, araşdırmaçı-yazar Mirzə Məmmədov, ustad Aşıq Bilal, Aşıq Maksim Muğanlı, Aşıq Elşad Əfəndiyev, Aşıq Məsim Rəcəbov və, eləcə də başqaları çıxış etdilər. Sonda alqış sədaları altında səhnəyə dəvət olunan şair Zahid Ələmpaşallı iştirakçılara və tədbirin keçirilməsində əməyi olanlara təşəkkür etdi.

“Borçalı” Cəmiyyəti Qarayazıda Zahid Ələmpaşallının yubileyində iştirak etdi


“Borçalı” İctimai Cəmiyyətinin Mətbuat və İnformasiya Xidməti


Butov.az


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var
Video
5 nəfərin öldüyü dəhşətli qəzanın günahkarı kimdir? - VİDEO

Ötən gün Bakıda səhər saatlarında sərnişin avtobusu və yük maşının iştirakı ilə baş verən və 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı müzakirələr davam edir.

Butov.az xəbər verir ki, AzTV sözügedən hadisənin səbəbləri ilə bağlı araşdırma apararaq sujet hazırlayıb.
Sujetdə qeyd olunub ki, mütəxəssislərin fikrincə, idarə etdiyi avtobusu 20 metr irəlidəki dayanacaqda saxlamayan sürücü də, ən azı yük maşınının sürücüsü qədər günahkardır.

Bildirilib ki, bu halda avtobus sürücüləri ciddi təhlükəyə yol açırlar.

Ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib:

"Burada çox ciddi sual ortaya çıxır. Avtobus dayanacağı orada olmalıydımı? Çünki lap yaxınlıqda yol ayrıcı, üfüqi yol əyrisi var. Nəyə görə avtobus dayanacaqları taksilərlə və kənar nəqliyyat vasitələri ilə zəbt edilmiş olur?".

Ətraflı videosujetdə:


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!