Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 14-09-2015, 13:51
Yazıçımızdan ermənilərə tutarlı cavab


2013-cü ildən əsərləri beynəlxalq aləmdə yayılmağa başlamış istedadlı yazıçı Varisin əsas məqsədi Qarabağ həqiqətlərinin dünya oxucusuna çatdırılmasıdır. Qarabağ mövzusu, demək olar ki, yazıçının bütün roman və hekayələrinin ana xəttini təşkil edir.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu günlərdə Ümumdünya Dağ Yəhudiləri Konqresi Varisin Rusiyanın populyar Proza.ru serverində dərc edilmiş "Xrizantema dəstəsi" hekayəsini özlərinə aid internet resurslarının "Oxumaq üçün məsləhət görülən ədəbiyyat" bölümündə yerləşdirərək çoxminli oxucu kütləsinə təqdim edib.

Bakı Xalq Komissarları Sovetinin rəhbəri Stepan Şaumyanın havadarlığı və zabit Amazasp Srvanstyanın başçılığı ilə erməni-daşnaklarının 3 min nəfərlik ordusu tərəfindən 1918-ci ilin mayında Qubada 4 mindən çox türkün, yüzlərlə ləzginin, yəhudinin amansızlıqla qətlə yetirildiyi soyqırımdan bəhs edən "Xrizantema dəstəsi"ni yazıçı cinayəti araşdıran Aleksandr Novatskının rəhbərlik etdiyi Rusiya Fövqəladə İstintaq Komissiyasının materialları əsasında ərsəyə gətirib. Bu da əsərin əcnəbi oxucuya təsir gücünü, effektini ikiqat artırır. Hekayənin yəhudi mənbəyi vasitəsilə dünyanın böyük oxucu auditoriyasına ünvanlanmasından, müxtəlif millətlərdən olan bir çox oxucunun bu amansız cinayət əməlinə reaksiya verməsindən bərk təşvişə düşən erməni dairələri hər gün rəylər bölümündə azərbaycanlıların və türklərin ermənilərə qarşı guya genosid həyata keçirdiyi barədə "maxpark", "salda" kimi portallardakı uydurma materialları iqtibas verməklə özlərinin aciz duruma düşdüklərini etiraf etməkdədirlər.


Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!