Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi .....                        Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur .....                        Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı .....                        Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                        Sumqayıtda yataqxanada yanğın .....                        Maliyyə Nazirliyi ilə bağlı yeni qərar .....                        Bu müsəlman ölkəsində ölü sayı 604-ə çatdı .....                        31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi .....                        Putin şərtlər daxilində müharibəni dayandırmağa hazırdır .....                       
Tarix : 18-06-2015, 09:17
Təhsil nazirindən erməni nazirə cavab

“Azərbaycan Respublikası son illər ərzində çox sayda nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər çərçivəsində hər hansı ölkənin iştirakçılarına münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb”.
Təhsil Nazirliyindən verilən məlumata görə mövcud təcrübə deməyə əsas verir ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin olunması üçün lazımı tədbirlər görülür.
“Məhz bu səbəbdən Ermənistan elm və təhsil nazirinin ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən Birinci Avropa Oyunlarında tam təhlükəsiz şəraitdə iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və təəssüf doğurur”.
Məlumatda bildirilir ki, məlum olduğu kimi, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya Olimpiadasının reqlamentində iştirakçı ölkələr üçün xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə tutulmayıb. Bu qayda cari ilin 20-29 iyul tarixlərində Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya Olimpiadasına da aiddir.
“Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan imtina istənilən ölkənin öz seçim hüququdur. Birinci dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən sui-istifadə hallarına yol verilir. Məktəblilərin iştirak etdiyi bu yarışı siyasiləşdirmək cəhdi də təəssüf hissi doğurur. Azərbaycan tərəfi 47-ci Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair üzərinə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirir”.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!