“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
Tarix : 3-06-2015, 15:47
Qüdrət Qurbanov Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası mətbuat xidmətinin verdiyi məlumata görə,
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi
Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti
Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi
Komitəsinin 95-ci sessiyasında iştirak edir
.


Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 3-12 iyun 2015-ci il tarixlərində London şəhərində keçirilən Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edir.
“Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın II-1, II-2 Fəsillərinə və əlavələrinə, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın V Fəslinə, A-V/3 və B-V/3 bölmələrinə, eləcə də “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın 1978-ci il və 1988-ci il tarixli Protokollarına təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflər ilə bağlı müzakirələrin aparılması Sessiyanın gündəmində duran əsas məsələlərdir.
Eyni zamanda Komitənin iclasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, sərnişin gəmilərinin təhlükəsizliyi və digər bu kimi məsələlər ilə əlaqədar ümumi müzakirələr aparılacaqdır.
Həmçinin, Sessiya müddətində Azərbaycan Respublikasının nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər, təcrübə mübadiləsi aparılması nəzərdə tutulmuşdur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!