Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                       
Tarix : 6-05-2016, 14:03
Milli Kitabxanada elmi konfrans.

Mayın 5-də Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar” adlı elmi konfrans keçirildi.

Konfrans Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Milli Kitabxananın və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı gerçəkləşdi.
Tədbir iştirakçıları əvvəlcə kitabxanada ulu öndərə həsr edilən kitab sərgisi ilə tanış oldular.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafında tarixi xidmətləri olub. Qeyd etdi ki, sərgidə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 250-dən çox kitab nümayiş olunur. Bu nəşrlər arasında dahi şəxsiyyətin vaxtilə Milli Kitabxanaya hədiyyə etdiyi kitablar da var.
Daha sonra kitabxananın konfrans zalında başlanan konfransda əvvəlcə ulu öndərin 1995-ci il iyunun 3-də Milli Kitabxanadakı çıxışı əsasında hazırlanmış videoçarx təqdim edildi.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ümummilli liderin Azərbaycanda kitabxana sahəsinin inkişafına böyük töhfələrindən danışdı. Bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranan mürəkkəb tarixi şərait nəticəsində respublikanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Bu dövrdə ulu öndərin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməsi bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxanaların da məhvinin qarşısını aldı.
Vurğulandı ki, Heydər Əliyev kitabxananı bütün cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırırdı: “Ümummilli liderin müstəqil Azərbaycanın kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addımı ölkənin kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” qanunun qəbul olunması idi. Bu gün ulu öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə kitabxana işinə böyük qayğı göstərir. Dövlət başçısının 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı da bu istiqamətdə aparılan uğurlu işlərin davamıdır”.
Milli Kitabxananın direktoru Kərim Tahirov ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi tarixi dövrün əhəmiyyətindən və Azərbaycanın inkişafı üçün atılan addımlardan söz açdı. Ulu öndərin həyat yolunun, zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, hər zaman kitaba və kitabxana işinə xüsusi diqqət ayıran Heydər Əliyev bu sahənin inkişafı üçün bütün lazımi addımları atıb.
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva ulu öndərin zəngin siyasi irsindən bəhs etdi. Bildirdi ki, hər il olduğu kimi, bu il də bu irsin öyrənilməsi və təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir.
Konfrans daha sonra iki seksiyada öz işini davam etdirdi.
“Kitabxanaşünaslığın aktual problemləri” seksiyasında Kərim Tahirovun “Gələcəyə çağırış və kitabxana fəaliyyətinin əsas istiqamətləri: prioritetlər və perspektivlər”, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılovanın “XXI əsrin informasiya məkanında oxuculara xidmətin əsas istiqamətləri, innovativ yeniliklərin tətbiqi təcrübəsi”, kitabxananın elmi katibi Əminə Cəfərovanın “Azərbaycan ədəbi nümunələrinin beynəlxalq səviyyədə tədqiqində Milli Kitabxananın fəaliyyəti” və digər mövzularda məruzələr dinlənildi.
“Kitabşünaslıq, biblioqrafiyaşünaslıq və multidissiplinar tədqiqatlar” seksiyasında Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxalı, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Tahirə Həsənzadə, ADMİU-nun dosenti Əli Əliyev və başqa iştirakçılar məruzələrlə çıxış etdilər.
Konfrans çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı.


Medeniyyet.az

“Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar”


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!