"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 4-05-2016, 17:57

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyindən Butov.az-a verilən məlumata görə, Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında Müdafiә nazirinin tәsdiq etdiyi "Azәrbaycan Respublikasının Silahlı Qüvvәlәrinin 2016-cı ildә elmi iş planı"na әsasәn mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib.
Konfransda Milli Məclisin deputatları, ölkәnin 50-dən çox nazirlik, komitә, ali tәhsil, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müәssisәlərinin nümayəndələri, idarә vә elmi mәrkәzlәrdәn 350-dәn artıq təmsilçi iştirak edib.
Əvvəlcə ümummilli lider Heydәr Әliyevin vә torpaqlarımızın azadlığı uğrunda şәhid olan hәmvәtәnlәrimizin әziz xatirәsi bir dәqiqәlik sükutla yad edilib. Dövlәt himni səsləndirilib.
Sonra təbrik sözü ilə çıxış edәn Müdafiə naziri general-polkovnik Zakir Hәsәnov Silahlı Qüvvәlәrimizin tәmәlinin ümummilli lider Heydәr Әliyev tәrәfindәn qoyulduğunu, bu gün isә Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin rәhbәrliyi ilә regionun әn güclü ordusu olduğunu konfrans iştirakçılarının diqqәtinә çatdırıb. Nazir hərb tarixinin aktual problemləri və onun prioritet inkişaf istiqamətləri barədə fikirlərini bildirib, konfrans iştirakçılarına işlərində müvəffəqiyyətlər arzulayıb.
"Heydər Əliyev irsində hərb tarixi" mövzusunda hazırlanmış filmin nümayişindən sonra konfrans iştirakçılarını təbrik etmək üçün söz Azәrbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadəyə verilib. Akademik ümummilli lider Heydәr Әliyevin Azərbaycan Ordusunun yaradılmasında misilsiz uğurlarından danışaraq qoşunların son nailiyyətlərinin cəmiyyətdə yaratdığı inam və ruh yüksəkliyindən söz açıb və konfransın işinə müvəffəqiyyətlər arzulayıb.
Sonra Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlının və Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin məruzələri dinlənilib.
Məruzələrdən sonra konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.
Konfransın plenar hissәsinin sonunda Silahlı Qüvvәlәrin Hәrbi Akademiyası ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Plenar hissәdən sonra 40 nəfərdən ibarət işçi qrupu işini "Heydər Əliyev və Azərbaycanda hərb tarixi elminin əsas istiqamətləri" mövzusunda məruzə və müzakirələrlə davam etdirib.
Konfransda bildirilib ki, elmi cәhәtdәn mühüm әhәmiyyәt kəsb edən bu tәdbir qarşıya qoyulan bir sıra mәsәlәlәrin hәllində böyük rol oynayıb. Burada sәslәndirilәn çıxışlar, mәruzәlәr, o cümlәdәn 40 müәllif tərəfindən konfransın tәşkilat komitәsinə daxil olmuş 25-dən artıq elmi mәqalә müvafiq jurnallarda dәrc olunacaqdır.

Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib
Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib
Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib
Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib
Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib
Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib
Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!