Jurnalistikanın Məzahir Süleymanzadə “SƏHƏRİ” .....                        Naxçıvanda ölən tələbələr I kursda oxuyurlarmış - Hadisənin detalları .....                        Sabahın hava proqnozu .....                        Xankəndidə Türkiyənin konsulluğu nə vaxt açılacaq? - Səfirdən açıqlama .....                        Sabiq rektora hökm oxundu - 14 il 6 ay .....                        Naxçıvanda faciə: İki tələbə göldə boğulub öldü .....                        Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür .....                        Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi .....                        Paşinyan istefa tələbinə məhəl qoymadı .....                       
Tarix : 28-04-2016, 14:48
Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında hәrb elminin aktual problemlərinə dair elmi-praktik konfrans keçirilib




Müdafiә naziri general-polkovnik Zakir Həsənovun tәsdiq etdiyi illik plana әsasәn, aprelin 27­də Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Hәrb elminin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyindən Butov.az-a verilən məlumata görə, konfransda ölkәnin 20-dən artıq nazirlik, komitә, ali tәhsil müәssisәsi, idarә vә elmi mәrkәzlәrdәn 150-dək nümayәndә iştirak edib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydәr Әliyevin vә torpaqlarımızın azadlığı uğrunda şәhid olan hәmvәtәnlәrimizin xatirәsini bir dәqiqәlik sükutla yad ediblər. Dövlət himni səsləndirilib.
Sonra məruzə ilə çıxış edәn akademiyanın rəisi general-leytenant Heydər Piriyev Silahlı Qüvvәlәrin tәmәlinin ümummilli lider Heydәr Әliyev tәrәfindәn qoyulduğunu, bu gün isә Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin rәhbәrliyi ilә regionun әn güclü ordusu olduğunu vurğulayıb. Hərb elminin aktual problemlərindən danışan H.Piriyev onların həlli yollarının prioritet istiqamətlərini qeyd edib. Elmi-pedaqoji kadr hazırlığının da vacib sahələrdən biri olduğunu deyən akademiyanın rəisi bu sahədə Müdafiә Nazirliyinin tabeçiliyində olan xüsusi tәyinatlı tәhsil müәssisәlәrinin ölkәnin qabaqcıl tәhsil ocaqları ilә әmәkdaşlıq etdiyini və bu işin qısa zamanda uğurlu nәticәsini göstәrәcәyini bildirib.
Konfransın plenar hissәsi başa çatdıqdan sonra iştirakçılar hәrbi­nәzәri elmlər, milli tәhlükәsizlik, hәrbi tәbabәt, hәrbi pedaqogika və hərb tarixi bölmәlәrindә mәruzәlәr dinlәyiblәr.
Bildirilib ki, sәslәndirilәn fikirlər, çıxışlar, mәruzәlәr, o cümlәdәn konfransın tәşkilat komitәsinə daxil olmuş 60­dan artıq elmi mәqalә "Milli təhlükəsizlik və hərbi elmlər" jurnalında dәrc edilәcәkdir.

Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında hәrb elminin aktual problemlərinə dair elmi-praktik konfrans keçirilib
Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında hәrb elminin aktual problemlərinə dair elmi-praktik konfrans keçirilib


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!