Dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir .....                        Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar .....                        HƏMAS bu şərtlə tərksilaha razıdır .....                        Rusiya Peçenej su anbarının bəndinə zərbə endirdi .....                        Merz: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək .....                        Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB .....                        Rusiya Ukraynaya hücum edib - ölənlər var .....                        Dünyada yeni müharibə ocağı – təhlükə artır .....                        İrandan ABŞ-yə ŞƏRTLƏR .....                       
Tarix : 19-09-2013, 12:38
Dəhşət: ər arvadını döydü, 7 dəfə bıçaqladı və boğazını kəsdi


Türkiyənin Diyabəkr vilayətində dəhşətli ailə dramı baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 40 yaşlı Vilayət Tanış arvadı 36 yaşlı Canan Tanışı dəhşətli şəkildə qətlə yetirib. Kişi arvadını döyüb, daha sonra boğub. Arvadının öldüyünə əmin olmayan ər, arvadına 7 bıçaq zərbəsi vurub. Bununla da kifayətlənməyən Vilayət arvadının boğazını kəsib. Sonra isə polis çağıraraq arvadını namus üstündə öldürdüyünü deyib.

Belə ki, 4 uşaq atası olan Vilayət Tanış arvadı Cananla uzun vaxtdır mübahisə edirmiş. Qətl baş verən gecə o, arvadını uşaqlarının gözü qarşısında möhkəm döyüb. Daha sonra Vliayət uşaqlarını qaynatası evinə göndərib. Sonra isə arvadını boğub. Arvadının huşsuz bədənində hələ də həyat nişanəsini görən kişi arvadını bıçaqlamağa başlayıb. Arvadına 7 bıçaq zərbəsi vuran ərin hirsi bununla da soyumayıb. O, qadının boğazını kəsib. Sonra isə polis çağıraraq təslim olub.

Polisə verdiyi ifadədə isə bunları deyib: “Qadınım mənə xəyanət edirdi. Bu bir namus məsələsidir. Namusumu təmizlədim. İndi rahatam. Gəlin məni tutun”.

Lakin Cananın əxlaqsızlıqla məşğul olmasını onun ailəsi qəbul etməyib. Qızın böyük qardaşı Kənan Karaquş deyib ki, bacısı əxlaqlı insandır.

“Vilayətlə Canan 16 il əvvəl sevərək evləniblər. Onun 4 uşaqları vardı. Əvvəllər yaxşı dolanırdılar. Sonradan Vilayət birdən-birə dəyişdi. Bacımı tez-tez döyürdü. Canan Vilayətə onu sevmirsə boşançasını deyib. Bundan qəzəblənən Vilayət bacımı xüsusi amansızlıqla öldürüb. Sonra da əməlinə don geyindirib. Hamı bizim ailəni tanıyır. Bacım əxlaqlı qadındır. Onun xəyanətini isbat edəcək bircə sübut göstərsin. Əgər sübut taparsa, mən onun yerinə gedib həbsdə yatmağa belə hazıram. Bacımı öldürdü, 4 azyaşlı uşağını yetim qoydu. Allah onu cəzalandırsın. Onun layiqli cəza almasını istəyirik”, - deyə Kənan Karaquş bildirib.


Paylaş



Bölmə: Turan / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!