20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 27-12-2013, 18:36

"Yalnız islahatlar bizi qarşıda qoyulan hədəflərə yaxınlaşdıra bilər"

Qüdrət Həsənquliyev: "2014-cü ildə Azərbaycan iqtidarı, xalqı və siyasi qüvvələri ciddi düşünməlidir ki, mövcud vəziyyəti necə dəyişmək olar"

"İnsanın şüuru, dünyagörüşü, həyatı inkişaf etdikcə, o, mütləq daha demokratik və ali dəyərlərə sadiq ölkədə yaşamaq istəyir"

"Türkiyənin bu böhrandan daha güclənmiş çıxmasını, nəhayət, qardaş ölkənin öz dünyəvi dövlətçilik modelinə, kursuna qayıtmasını arzulayıram"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik

- Qüdrət bəy, yola salmağa hazırlaşdığımız 2013-cü il Azərbaycanda bir sıra mühüm ictimai-siyasi proseslərlə zəngin olub. Ən əsası isə bu il daha çox seçki ili kimi yadımızda qalacaq. Seçkiyə qədər və seçkidən sonra baş verən proseslərə bir daha aydınlıq gətirərdiniz.

-2013-cü il sözsüz ki, Azərbaycanın siyasi həyatında prezident seçkilərinin keçirilməsilə əlamətdar oldu. Seçkilər ərəfəsində bir qədər gərginlik yaşandı. Çünki ilk dəfə idi ki, Rusiya seçki ərəfəsində açıq-açığına Azərbaycana təzyiqlər edirdi. Ancaq sonradan Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri bu vəziyyəti köklü şəkildə dəyişdi və ölkədə stabil, sakit şəraitdə seçkilər keçirildi. Bu seçkilər həm də onu göstərdi ki, Azərbaycanda nə iqtidar, nə də Azərbaycan xalqı ciddi, köklü radikal dəyişiklik istəmir. İndi aparılan siyasət həm iqtidarı, həm də xalqı qane edir. Bu il, eyni zamanda, onunla yadda qaldı ki, Azərbaycan həm Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə, həm də ilin sonunda "Şahdəniz-2" qaz yatağının istismarına dair sazişlərə imza atdı. "Şahdəniz-2" qaz yatağının istismarına dair saziş Azərbaycan üçün çox önəmlidir. Hətta mən deyirdim ki, "Əsrin müqaviləsi"nə bərabər bir layihə idi. 2013-cü il ölkəmiz üçün müsbət mənada bu hadisələrlə yadda qaldı. 2013-cü ildə torpaqlarımızı işğaldan azad edə bilməməyimizi isə uğursuzluğumuz hesab edirəm. Həm də torpaqlarımızın 2014-cü ildə azad olunacağının perspektivlərini də görmürəm.
- Siz hər zaman hakimiyyəti islahatlara çağırmısınız. Hecə düşünürsünüz, islahatlar aparılacaqsa birinci nədən başlamaq lazımdır?
- Mən hər zaman söyləmişəm, Azərbaycanı irəli aparmaq yalnız ölkənin siyasi elitasının üzərinə düşən böyük bir mənəvi və siyasi məsuliyyətdir. Çünki xalqımızın cəmiyyəti dəyişmək, yeni bir mərhələyə keçirmək üçün yetərincə gücü və potensialı yoxdur. Xalqımızın o zaman bəxti gətirə bilər ki, islahatlar yuxarıdan aparılsın. Bunu düşünən insanların isə iqtidardan gözləntiləri çox böyükdür. Təəssüf ki, iqtidar bu islahatları sürətləndirmir. Prosesləri sanki təbii axarına buraxıb. Əlbəttə düşünürəm ki, Azərbaycanda sabitliyin qorunub saxlanması, bu sabitlik dinamik olmasa da belə, müsbət qiymətləndirilməlidir.
Hər zaman söyləmişəm, seçki kampaniyası zamanı partiyamızın cəmiyyətə təqdim etdiyi platformada da var ki, Azərbaycan tipli ölkələrdə, xüsusilə də müsəlman və şərq aləmində yüz illər ərzində insan haqları, demokratiya və qanunun aliliyilə bağlı bir mentalitet formalaşıb. Əlbəttə qısa müddət ərzində bu dünyagörüşü dəyişmək çox çətindir. Bu baxımdan yaranmış vəziyyətə görə bütün günahları iqtidarın üzərinə qoymaq istəmirəm. Yalnız islahatlar bizi qarşıda qoyulan hədəflərə yaxınlaşdıra bilər. Ancaq dediyim kimi, iqtidar da bu islahatlarda maraqlı görsənmir.
- Bu gün bölgədə baş verən proseslər necə, Azərbaycanın xeyrinəmi inkişaf edir? Eyni zamanda, xarici siyasət kursumuzu uğurlu hesab etmək olarmı?
- İranda 2013-cü ildə prezident seçkiləri keçirildi. Ancaq bu seçkilərin İranın siyasətinin dəyişməsində rolu olmadı. Rusiyanın siyasətində də Azərbaycana yönəlik müsbət dəyişikliklər baş vermədi. Bilirsiniz ki, Ermənistan həm Avrasiya, həm də Gömrük İttifaqına qoşulur. Bu isə Ermənistanı yenidən Rusiyaya daha da yaxınlaşdıracaq. Sözsüz ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal altında saxlamağa daha da şirnikləşdirəcək. Azərbaycanın xarici siyasət kursunu heç də uğurlu hesab etmirəm. Çünki faktiki surətdə müharibə vəziyyətində olan bir ölkə özünə müttəfiq tapmalıdır. Biz isə "Qoşulmayanlar Hərakatı"nın üzvü olmuşuq və özümüz özümüzü müttəfiqsiz qoymuşuq. Türkiyədəki molla rejimi Azərbaycanın dünyəvi dövlət olmasından qıcıqlanır. Yəni, bu gün hakimiyyətdə olan Ərdoğan hökuməti qıcıqlanır ki, niyə Azərbaycan onlardakı kimi dini dövlətlə çulğalaşdırmır. Və Azərbaycanda hakimiyyət dinin siyasətə bulaşmasına imkan vermir. Biz bilirik ki, onların siyasi elitasının-fərqi yoxdur dindarı, ateisti, dünyəvi dövlət tərəfdarı olsun-Qərb ölkələrilə sıx ilişkiləri var. Ona görə də Qərb Türkiyəni Azərbaycana ciddi dəstək verməyə imkan vermir. Əksinə, Türkiyənin Ermənistanla iqtisadi, ticari əlaqələri gündən-günə genişlənir. Hətta onlar diplomatik əlaqələr də qurmaq istəyirlər. Baxmayaraq ki, Ermənistanın özünün Türkiyəyə qarşı ərazi və soyqırım iddiaları var. Yəni, bu baxımdan bizə qardaş olan ölkə ilə münasibətlərimizdə də problemlər mövcuddur.
İranda 30 milyondan artıq azərbaycanlı yaşayır. Və bu ölkə Şimali Azərbaycanın çiçəklənməsindən qorxur ki, burada dünyəvi dövlətin qurulması Cənubi Azərbaycan üçün bir nümunə ola bilər. Bu baxımdan İran da Dağlıq Qarabağ münaqişəsinin qorunub saxlanmasında maraqlıdır və Rusiya ilə bacardıqları səviyyədə Ermənistana dəstək verirlər. ABŞ və Fransada güclü erməni lobbisi fəaliyyət göstərir. Bu ölkələrdə islamafobiya
var və xristian həmrəyliyi mövcuddur. Belə faktorlar da bizim əleyhimizədir. Üstəgəl bizdə qanunun aliliyi və demokratiya ilə bağlı beynəlxalq təşkilatların verdikləri mənfi rəylər vəziyyətimizi bir qədər də çətinləşdirir. Ona görə də fikrimcə, 2014-cü ildə Azərbaycan iqtidarı, xalqı və siyasi qüvvələri ciddi düşünməlidirlər ki, mövcud vəziyyəti necə dəyişmək olar. Çox ümid edirəm və istərdim ki, 2014-cü il Azərbaycanın tarixində böyük islahatlar ili kimi qalsın.
- Ukraynada baş verən son proseslərlə bağlı fikirlərinizi bilmək istərdik. Artıq bilirsiniz ki, dekabrın 17-də Moskvada Rusiya və Ukrayna prezidentləri görüşdülər. Və hər iki ölkə arasında investiya və qaz tariflərinə dair saziş bağlandı. Həmin sazişə görə, Rusiya qazının min kubmetri Ukraynaya 268,5 dollara satılmalı və Rusiya Ukrayna hökumətinin qiymətli kağızlarına 15 milyard dollar yatırmalıdır. Əldə olunan razılıq və bağlanan saziş narazı elektoratı sakitləşdirə biləcəkmi?
- Hazırda bizim daha sıx əməkdaşlıq etdiyimiz ölkələrdən biri Ukraynadır. Bu gün Ukrayna uğrunda Avropa ilə Rusiya arasında açıq savaş gedir. Yanukoviç Rusiyanın dəstəyilə hakimiyyətə gəlmiş bir şəxs kimi Ukraynanın Avropaya inteqrasiyasında böyük bir əngələ çevrilib. Və Rusiya ilə əməkdaşlığa daha çox meyl edir. Bu da Ukraynada böyük xalq etirazlarına yol açdı. Ancaq bu etirazlar bir nəticə vermədi. Bundan sonra da ciddi nəticələr verəcəyi az gözlənilir. Bilirsiniz, xalqın seçkilər yoluyla hakimiyyəti dəyişməyi və yaxud prezidentin seçkilər yoluyla hakimiyyətə gəlməyi hələ o ölkənin demokratik ölkə olmasına dəlalət eləmir. Türkiyənin timsalında biz bunu gördük. Yəni, demokratik ölkə o ölkədir ki, bəli, orada ilk öncə hakimiyyət seçkilər yoluyla dəyişilir. Ancaq bununla yanaşı hakimiyyətə gələn iqtidar da xalqın ona səs verməyən digər hissəsinin-xüsusən ümummilli və dövlət əhəmiyyətli məsələlərdə-maraqlarını nəzərə alır. Yəni, demokratik ölkələrdə ümummilli və dövlət əhəmiyyətli məsələlər müzakirəyə çıxarılmamışdan və müəyyən qərarlar qəbul olunmamışdan əvvəl müxalifətlə razılaşdırılır. Ancaq Ukrayna demokratik ölkə olmadığına görə iqtidar xalqın etirazlarına heç bir əhəmiyyət vermədi. Rusiya isə əhalinin bir hissəsini sakitləşdirmək məqsədilə onların böyük məbləğdə qiymətli kağızlarının alınması öhdəliyini götürdü, qazın qiymətini az qala iki dəfə aşağı saldı. Bunlar sözsüz ki, Ukrayna xalqını sakitləşdirməyə hesablanmış qərarlardı. Əvvəl də söylədiyim kimi, iqtidarlar, dövlət başçıları ya prosesləri sürətləndirə bilərlər, ya da tormozlayıb gecikdirə bilərlər. Ancaq proseslərin qarşısını almaq mümkün deyil. Ona görə də əminəm ki, həm Ukrayna, həm də gələcəkdə Rusiyanın özü belə demokratikləşəcək. Çünki bu, ümumbəşəri bir prosesdir. Və insanın inkişafına bağlı olan bir məsələdir. İnsanın şüuru, dünyagörüşü, həyatı inkişaf edirsə, dəyişirsə, mütləq daha şüurlu insanlar daha demokratik, ali dəyərlərə sadiq ölkədə yaşamaq istəyəcəklər. Bu baxımdan Ukraynanın yolu Avropayadır. Bu gün Avropa dəyərlərin daha çox qorunduğu bir məkandır. Düzdür mən demirəm ki, Avropada hər şey idealdır. Ancaq müqayisədə, bu belədir.
- Sizin Avroasiya və Gömrük ittifaqlarına Azərbaycanın qoşulmasıyla bağlı fərqli mövqeyiniz var. Bu gün də həmin mövqedə qalırsınızmı?
- Mənim fikrimcə, Azərbaycan uzun illərə hesablanmış bir strateji hədəflər haqqında düşünməkdən daha çox, öz xarici siyasətini müəyyənləşdirərkən yaxın hədəfləri önə çəkməlidir. Azərbaycan siyasi elitası, Azərbaycan xalqı daha çox Avropaya inteqrasiya haqqında düşünmək əvəzinə, Dağlıq Qarabağı necə azad etməliyik, yəni ölkənin başlıca problemini necə çözməlikyik üzərində düşünməlidir. Bunun üçün yaxın on ildə və yaxud 50 ildə regionda proseslər necə baş verəcəyini oturub gözləyə bilmərik. Sovet imperiyası 74 il davam elədi. Biz indi oturub gözləməliyik ki, Rusiya nə vaxt dağılacaq? Rusiya hazırda Dağlıq Qarabağ münaqişəsini nəzarətində saxlayan əsas ölkədir. Bu gün regionda əsas söz sahibi nə Amerika, nə də Fransadır. Əsas söz sahibi Rusiyadır. Ona görə də mən həmişə vurğulamışam ki, Azərbaycan Rusiya ilə açıq danışmalıdır və xalqa da açıq formada deyilməlidir-biz Rusiyaya nə təklif edirik ki, Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutsun. Hazırda biz bilmirik ki, Azərbaycan Rusiyaya nə təklif edir və Rusiyanın cavabı nədən ibarətdir. Mənim fikrimcə, biz təklif etməliyik ki, əgər Rusiya Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqa söykənən ədalətli mövqe tutarsa və bəyan edərsə ki, bu problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, eyni zamanda, hərbi-siyasi müttəfiqindən də bunları tələb edərsə, o halda Azərbaycan Avroasiya İttifaqına da, Gömrük İttifaqına da qoşula bilər. Azərbaycan hətta özünün energetika siyasətini, yəni neft, qaz ixracatçısı kimi özünün bu sahədəki siyasətini, Rusiya ilə razılaşdıra da bilər. Həm də sərhədlərin birgə qorunmasına qədər Azərbaycan gedə bilər. Hesab etmirəm ki, bunlar bizim dövlət suverenliyinin itirilməsinə gətirib çıxaracaq. 20 faiz torpaqlarmızı itirməkdənsə, dövlət suverenliyinin hətta hansısa məqamda məhdudlaşdırılmasını mümkün sayıram. Təbii ki, Dağlıq Qarabağ naminə.
Mən güman eləmirəm ki, hazırda biz Qazaxıstandan daha çox müstəqil dövlətik. Qazıxıstan özünün reallıqlarını nəzərə aldı və prezident Hursultan Hazarbayev çox ağıllı siyasət yürütdü. O bilir ki, əhalinin 40 faizə qədəri ruslardır və onların da böyük bir hissəsi Rusiya ilə həmsərhəd ərazidə yaşayırlar. Və onlar da etnik separatizmi yaya, ölkənin sabitliyini poza bilər. Qazaxıstan çox ağıllı siyasət yürüdür və öz neftini xarici ölkələrə də satır, onlarla sıx əməkdaşlıq edir və dünyada da kifayət qədər nüfuzlu ölkələrdən biridir.
- Türkiyədə baş verən son hadisələrlə bağlı mövqeyinizi bilmək istərdik.
- Türkiyəni Qərb standartlarına cavab verən demokratik bir ölkə saya bilmərik. Bu ölkədə də həbsdə olan jurnalislər var. Və beynəlxalq jurnalist təşkilatları və insan hüquqlarını müdafiə təşkilatları Türkiyədəki real durumu kəskin tənqid edirlər. Son hadisələr də göstərdi ki, Türkiyə iqtidarının sərgilədiyi davaranış demokratik bir ölkənin davranış tərzi deyil. Belə ki, ortada real korrupsiya faktları var. Ancaq hökumət bu ittihamlara cavab vermək əvəzinə dərin dövlətin və xaricdə oturan hansısa qüvvələrin ölkədə çevriliş hazırlamasından danışır. Əlbəttə, biz də bilirik ki, bu korrupsiya faktlarının ortaya çıxmasında Türkiyənin yürütdüyü xarici siyasətin də rolu var. Mən əminəm ki, bir çox telefon danışıqlarını-hansılar ki, o xüsusi şifrələnmiş danışıqlar olub, onların kodlarını xarici ölkələr yazıb-Türkiyədəki müəyyən güc strukturlarındakı şəxslərə ötürüblər. Bunu tək güc strukturlarına deyil, paralel mətbuata da veriblər.
Burada sözsüz ki, yəhudi lobbisinin də çox böyük rolu olub. Ona görə ki, İsraillə Türkiyənin üz-üzə dayanması, bölgədə Türkiyə onun üçün cızılmış çərçivədən kənar daha iddialı siyasət yürütməsi, məsələn, Misirlə bağlı yanlış bir siyasət ortaya qoyması, Suriya ilə bağlı ilkin dövrlərdə gücünün çatmayacağı bir işə girişib həddindən artıq fəallıq göstərməsi və bu zaman Suriyada prosesləri dalana dirəməsi, eyni zamanda, baş nazir Rəcəb Tayyib Ərdoğanın həddindən artıq avtoritarizmə yuvarlanması, bütün bunlar Türkiyənin həm beynəlxalq imicinə, həm də iqtisadiyyatına çox böyük ziyan vurdu. Artıq Türkiyənin bu korrupsiya məsələsindən sonra itkiləri on milyardlarla dollar hesablanır. Ərdoğan bu gün nazirləri istefaya göndərir, ancaq bunu əvvəldən planlaşdırılmış bir dəyişikliklər kimi cəmiyyətə təqdim edir ki, bu da kökündən yanlışdır. Bugünkü günə qədər Ərdoğanın hələ də korrupsiya faktına münasibət bildirməməsi onu deməyə əsas verir ki, baş nazir özü də bu mövzuya toxunmaqdan çəkinir. Ancaq bütün bunlara baxmayaraq ümid edirəm ki, Türkiyə toplumu güclü bir toplumdur. Türkiyənin bu böhrandan daha güclənmiş çıxmasını, nəhayət, qardaş ölkənin öz dünyəvi dövlətçilik modelinə, kursuna qayıtmasını arzulayıram. Təmizlikdən, düzlükdən danışanlar, ancaq real olaraq həm də bu tipli əmllərlə bizim islam dinimizi gözdən salmasınlar. Ümid edirəm bu, Türkiyə ictimaiyyəti üçün sonuncu dərs olacaq ki, məscid, kilsə, senaqoq, bunların hamısı dövlətdən kənarda tutulmalıdır. Bu zaman həm dinin təmizliyini qoruyub saxlamaq olar, həm də insanların dini dəyərlərə sevgisi, sayğısı daha çox artar. Ancaq insan görəndə ki, bu adam Allahdan, dindən danışır, ibadətlə məşğul olur, sonra haqsız qərarlar qəbul edir, korrupsiyaya qurşanır, bir çox bəd əməllərlə məşğuldur, o zaman insanların dəyərlərə də inamı itir. Onun üçün din mütləq siyasətdən kənarda saxlanmalıdır. Hesab edirəm ki, Türkiyə cəmiyyəti son hadisələrdən nəticə çıxaracaq və din pərdəsinə bürünmüş siyasi qüvvələri bir daha hakimiyyətə buraxmayacaq.
- Azərbaycan xalqına 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il arzularınız.
- Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Xalqımıza müdriklik arzulayıram. Bu müdriklik də sözsüz ki, ilk növbədə təhsillə, mütaliə ilə gəlir. İnsanların elmə marağıyla, dünyada baş verən prosesləri öyrənməsilə gəlir. Yalnız belə olan halda insanlar müdrik ola bilər. Təkcə yaşamaqla həyatda müdrik olmaq mümkün deyil. Mariflənməklə, özümüzün fərdi inkişafına çalışmaqla cəmiyyəti irəliyə apara bilərik. Öz intellektimizi artırmaqla cəmiyyətin intellektini artıra bilərik. İntellekti güclü olan cəmiyyət də qarşısında duran problemləri həll etmək gücündə olur.
Allah bizə kömək olsun ki, torpaqlarımızı azad edək və insanlar üçün layiqli həyatı təmin edə biləcək bir dövlət quraq.


Paylaş



Bölmə: Xəbər / Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!