Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 6-03-2014, 18:07

 

 

 Bakı Şəhər Prokurorluğu Lökbatandakı kütləvi zəhərlənmə faktı ilə bağlı rəsmi məlumat yayıb.

Prokurorluqdan  verilən məlumata görə, martın 5-də saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda yaşayan sakinlərin təbii qazdan zəhərlənmələri ilə bağlı prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar təşkilatların əməkdaşları dərhal həmin ünvana gəlib, hadisə yerinə ekspertlərin iştirakı ilə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
 
“Məişət qazı ilə zəhərlənmə diaqnozu” ilə Qaradağ rayon Təcili Tibbi Yardım stansiyasına və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olan 60-dan artıq zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra onlar evlərinə buraxılıblar.
 
Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilib.
 
 



Paylaş



Bölmə: Xəbər / Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!