Əli Kərimli DTX təcridxanasında xanımı ilə görüşdü .....                        Çernobıl əlillərinə yeni avtomobillər veriləcək .....                        Bakıda mağazalardan oğurluq edildi .....                        Azərbaycanda yeni fond yaradıldı .....                        Putin Ukrayna müharibəsinə görə Baydeni ittiham edib .....                        STM-in üzə çıxardığı böyük sosial problem - AÇIQLAMA .....                        Bu regionda elektron jurnalların tətbiqinə başlanılıb - RƏSMİ .....                        “Ailə vəzifələri olan işçilər”lə bağlı təklif irəli sürüldü .....                        Bu küçədə hərəkət yenidən qurulur .....                       
Tarix : 10-12-2014, 17:49
Sərsəngə yürüş etdilər
Bu gün 10 dekabr "Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), "İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu öz doğma yurd-yuvalarından didərgin düşmüş, əsir, itkin və şəhid olmuş minlərlə vətəndaşımızın, habelə Sərsəng regionunda 400 000-dən artıq insanın ekoloji terrorun qurbanı olmalarının qarşısını almaq və pozulmuş hüquqlarının müdafiəsi məqsədilə jurnalistlərin, Azərbaycan Respublikasında akkreditasiya olunmuş bir neçə səfirin və səfirliklərin nümayəndə heyyəti ilə Tərtər rayonuna və onun bir sıra kəndlərinə səfər ediblər
Sərsəngə yürüş etdilər
Səfər zamanı Tərtər rayon Gənclər Mərkəzində yerli icra hakimiyyəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirilib. Görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov, İnsan hüquqları XXI əsr Azərbaycan Fondunun prezidenti Şahin Camalov və layihənin əlaqələndiricisi Samir İsayev çıxış ediblər. Qonaqlara və KİV nümayəndələrinə "Sərsəng su bəndinin işğalının Tərtər rayonuna təsiri", "Sərsəng humanitar faciəsinin qarşısının alınması layihəsi" və "Sərsəng su anbarının işğalının insan hüquqlarının vəziyyətinə təsiri" ilə bağlı məlumatlar verildikdən sonra, ünvanlanan suallar cavablandırılıb.
Sərsəngə yürüş etdilər Sərsəngə yürüş etdilər
Tərtərçay hidroqovşağı idarəsinin rəisi Böyükkişi Cümşüdov “Sərsəng su bəndinin işğalının Tərtər rayonunun su təchizatına təsiri” barədə məlumat verdikdən sonra jurnalistlər tərəfindən foto və video (Tərtər çayı üzərində yerləşən körpünün girəcəyində) çəkilişləri də həyata keçirilib. Gün ərzində Tərtər rayonun 2 kəndinə səfər edilib ,orada yaşayan yerli sakinlərlə söhbətlər aparılıb. Yol üstü ekoloji terrorun yaratdığı susuzluq problemindən əziyyət çəkən iri fermer təsərrüfatında fermerlə söhbətlər də keçirilib. Onu da qeyd edək ki, "Sərsəng yürüş" layihəsi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Sərsəng humanitar faciəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən davamlı layihələrindən biridir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!