Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 29-03-2015, 15:38
Radarlarla bağlı yeni QƏRAR

Azərbaycanda rayonlarda yerli əhəmiyyətli yollarda da radarlar quraşdırılacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi bildirib ki, hazırda ölkədə sürət həddinin aşılması hallarının daha çox müşahidə edildiyi yollarda hərəkət təhlükəsizliyinin tənzimlənməsi ilə bağlı müvafiq işlər gedir:
"Bununla bağlı təkcə Bakıda və Abşeronda yox, respublikanın müxtəlif bölgələrində yollarda radarların quraşdırılması işləri davam etdirilir. Bu gün bir sıra bölgələrdən vətəndaşlardan yollarda radarlar və xüsusi kameralar quraşdırılması ilə bağlı bizə çoxlu müraciətlər daxil olur. Son dövrlərdə təkcə respublika əhəmiyyətli yollar yox, yerli əhəmiyyətli yolların da çoxu təmir edilib, düzəlib. Sürücülər də elə bil sürət üçün susayıblar.
Onlar həmin ərazilərdə yolun həmişə pis vəziyyətdə olduğuna öyrəşiblər. İndi isə çalışırlar ki, daha sürətlə hərəkət etsinlər.
Amma fikirləşmirlər ki, yüksək sürətlə hərəkət etmənin sonunda avtomobili saxlaya bilmək məsələsi də var. Lakin o ana çatanda artıq gec olur və bu da ağır nəticələrə gətirib çıxarır. Sürət həddinin aşılmasının qarşısının alınması üçün bizim köməyimizə çatan ən başlıca vasitə isə radarlardır. Ona görə də həmin ərazilərdə radarlar qoyulacaq. Bu proses başlayıb və indi davam etdirilir”.
Qeyd edək ki, respublikada qeydə alınan yol qəzalarının 30-31 faizinin məhz sürət həddinin aşılması səbəbindən baş verdiyi bildirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!