Nəsrullah gizli yerdə dəfn olunub .....                        Ukraynada Rusiyanın unikal dronu vuruldu .....                        Hacıqabulda bir ailənin 3 üzvü yaralandı .....                        Netanyahudan Makrona: "Ayıb olsun!" .....                        XİN bəyanat yaydı .....                        Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək .....                        İsrail Hizbullahın mövqelərini bombaladı .....                        Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır .....                        Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir .....                       
Tarix : 20-08-2013, 17:12
Azərbaycanda yeni işıqforlarla bağlı qərar verildi


Yeni işıqforlar əvvəlcə Bakıda, daha sonra Azərbaycanın digər bölglərində quraşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Şəfa Mehmanqızı bildirib.

İctimai əlaqələr üzrə mütəxəssisin sözlərinə görə, Bakıda quraşdırılan yeni növ işıqforların test müddəti başa çatıb. Yoxlama müddətində onların işində heç bir nasazlıq qeydə alınmayıb. Ona görə də, belə işıqforların daha geniş tətbiqi barədə qərar verilib.

O, qeyd edib ki, NİİM-in yenilikləri ilkin olaraq Bakı şəhərini, sonra Abşeron yarımadasını, daha sonra isə bütün respublikanın ərazisini əhatə edəcək. Yeniliklər tədricən, 2015-ci ilədək mərhələlər üzrə tətbiq ediləcək.

"Növbəti mərhələdə yeni növ işıqforların Azərbaycana növbəti partiyasının gətiriləcəyi nəzərdə tutulub. Amma onların nə vaxt və nə qədər sayda gətiriləcəyi hələlik dəqiq məlum deyil. Yeni işıqforlar yəqin ki, yaxın müddət ərzində gətiriləcək. Onlar paytaxtın mərkəzi küçə və prospektlərində, növbəti mərhələdə isə Abşeron yarımadası və ölkənin digər bölgələrində quraşdırılacaq".

Qeyd edək ki, NİİM tərəfindən Bakının Üzeyir Hacıbəyov- Aleksandr Puşkin küçələrinin kəsişməsində, eləcə də Buzovna-Mərdəkan yolunda quraşdırılmış və LED sistemi ilə təchiz edilən 2 işıqfor bu il aprelin 9-da istifadəyə verilib. Onların quraşdırılmasında məqsəd sürücülərin işıqforlardakı siqnalı görməməsi problemini aradan qaldırmaqdır. Sürücülər yeni işıqforu daha uzaqdan görə bilirlər. Belə ki, işıqforun özü ilə paralel dirəklərində də müvafiq olaraq qırmızı, sarı və yaşıl işıq yanır.

Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, onların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Yüngül konstruksiyaya malik olan bu işıqforlar alüminiumdan hazırlanıb. Hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək olur. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmır. İşıqforun üst dirəyində quraşdırılmış işıqların köməyi ilə axşam saatlarında piyadaların yolu daha rahat görmələri üçün də şərait yaradılıb.

Bu işıqforların digər fərqliliyi isə onların elektrik enerjisinə 80 faizə qədər qənaət etməsidir.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!