Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 18-09-2015, 12:37
BBC Azərbaycanda fəaliyyətini dayandırdı


BBC Sputnik-in yazdığını təsdiqləyib. Belə ki, BBC Azərbaycan xidməti BBC Monitoring-in Bakıdakı ofisinin bağladığını elan edib.

Bu barədə açıqlama qurumun rəsmi saytında yerləşdirilib.

Açıqlamada deyilir: "BBC Monitoring Bakıda ofisini bağladığını elan edib.

BBC deyib ki, bu dəyişikliyi beynəlxalq əməliyyatlarını yenidən tarazlaşdırmaq, "bəzi əsas regionlara daha səmərəli xidmət etmək və yeni məkanlarda [ofislər] açmaq üçün" edir".

Məsələn, Mayamidəki BBC ofisində BBC Monitoring ofisi açırıq, deyə BBC-nin sözçüsü bu qərarın səbəbini açıqlayarkən bildirib.

BBC həmçinin bildirilib ki, bu qərar hazırkı qənaət hədəflərinə çatmağa yardımçı olacaq.

BBC Monitoring-in Bakıda əməliyyatlarını dayandırması BBC Azərbaycan xidmətinin ölkədə mövcudluğuna təsir etməyəcək.

BBC Azərbaycanca, azərbaycandilli onlayn və sosial media auditoriyası üçün populyar xəbər mənbəyidir və bu auditoriyaya qlobal və regional xəbər və hadisələr barədə BBC-nin reportajlarını çatdırır, deyə BBC sözçüsü deyib.

Gələn il [həyata keçirilməsi] təklif olunan dəyişiklərin heç biri BBC Azərbaycancanın işinə təsir etməyəcək və biz Azərbaycandan xəbər verməyə davam edəcəyik, deyə o əlavə edib.

BBC Monitoring Qafqazda mövcudluğunu davam etdirəcək və regiondakı işini Tbilisidən koordinasiya edəcək".

Xatırladaq ki, bir müddət əvvəl Sputnik müvafiq məlumatı saytında yerləşdirmişdi. Məlumatda bildirilirdi:

BBC Monitoring Azərbaycandakı fəaliyyətinə xitam verir. Bu barədə Sputnik Azərbaycan öz mənbəsinə istinadən məlumat verir.

Mənbənin sözlərinə görə, 6 ay ərzində ВВС Monitoring Azərbaycandakı fəaliyyətinə xitam verərək Tiflis şəhərinə dislokasiya olunur.

BBC Monitoring-in Bakıdakı ofisində bu məlumatı şərh etməkdən imtima edibkər. BBC-nin Londondakı qərargahında, rus xidmətində şərhdən yayındılar.

BBC Monitoring-in Bürosu Azərbaycanda 15 ildən artıq müddətdə fəaliyyət göstərir. Bu dövr ərzində kəskin analitik materialların dərci də daxil olmaqla müxtəlif layihələr həyata keçirilib.

BBC Monitoring — Böyük Britaniyanın BBC teleradioyayım korporasiyasının bölməsidir və bütün dünya üzrə TV, çap və internet mənbələrdən monitorinqin hazırlanması ilə məşğul olur.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!