Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 10-10-2015, 14:39
ŞƏHİD MAHNI


Sevda Mikayılqızı

Müharibənin hələ elan edilməmiş vaxtlarından qardaşım Münasif Şəfəq kəndində vuruşurdu. Tankçı idi.
Niyyətini gizlətməyən erməni işğalçıları ilə üzbəüz dayananların arasındaydı. Döyüş əməliyyatlarının birində ayaqlarından yaralanıb tibbi vertolyotla Bakıya - Respublika Mərkəzi Hərbi Hospitalına gətirilmişdi.

Yeddi aydan çox (ümumilikdə isə il yarım) müddətdə fasiləsiz olaraq hər gün həmin hospitalda yaralılarımızın yanında olmuş, özümü, belə demək mümkünsə, arxa cəbhənin əsgəri hesab etmişəm. Yaralılarımızla, imkan tapıb onlara baş çəkməyə gələn ön cəbhənin əsgərləri ilə təmasda olmuşam. Yaddaşıma həmin hospitalda yatan neçə-neçə yaralı aslanımızın tez sağalıb yenidən geriyə - cəbhəyə qayıtmaq səbirsizliyi, xalqımın igid oğullarının qələbə əzmi həkk olunub.

Ön cəbhədən gətirilən yaralıların arasında yazığı, bədbini yox idi. Ağrılara mərdliklə dözür, heç nədən şikayət etmirdilər. Hətta ən ağır cərrahi əməliyyatlara belə kişi kimi təmkinlə gedirdilər. Nə yaşları vardı ki? Əksəriyyəti dünənə kimi əzizlənən ana uşaqları idi. Bu gün isə onları tanımaq olmurdu - nəvazişdən, əzizlənməkdən utanırdılar. Onlar indi təkcə doğmalarının yox, bütün xalqın əzizləriydi. O vaxt hələ tələbə olan, sonradan Güllücə döyüşlərində şəhid olan mənim kiçik leytenantım, əmim oğlu Azadla (İftixar İsrayıl oğlu Nuriyevlə), bacım Leyla xanım, mən, yaralı əsgər anası Zeynəb xala və hamının Mamaşa adlandırdığı xanımla birlikdə yaralıların qayğısını çəkir, əlimizdən gələni eləyirdik. Azad özünəməxsus ufallıqla onların üzünü təraş edir, yastıqlarını düzəldirdi. Uşaqların yemək-içməyinə, ümumi təmizliyə fikir vermək mənim işim idi.
ŞƏHİD MAHNI

Hər axşam dəstə-dəstə adamlar hospitala gəlir, yaralılara baş çəkir, bir xeyli onların yanında oturub, gətirdiklərinə qonaq edir, bildiklərindən, gördüklərindən danışırdılar. İncəsənət İnstitutunun bir tələbəsi onlar üçün bir aktyorun teatrını nümayiş etdirir, yaralıları əyləndirirdi. O vaxt Türkiyədən çox az-az adamların ölkəmizə gələ bildiyi vaxtlarda öz arzusu ilə «qurşunlu mehmetciklərə, azeri arkadaşlara baş çəkmək için» Bakıya gəlmiş iki türk qardaşımızın palatalarda olub yaralılara necə ürək-dirək verdiklərini, gəlişləri ilə onları necə ruhlandırdıqlarını xatırlayıram.

Danışmaq istədiyim məqam həmin günlərin müsəlləh əsgəri sayılası bir mahnı ilə - «Əsgər marşı» ilə əlaqədardı. Marşın bəstəçisi professor Cavanşir Quliyev, sözləri Laçın rayon sakini, kənd müəllimi Əhliyyət Süleymanovdu. Mahnının üçüncü müəllifini - bənzərsiz səs sahibi, Azərbaycanın Levitanı Şəmistan Əlizamanlınının isə təqdimata ehtyacı yoxdur.

Dillər əzbəri olan bu mahnının «işlədiyi», döyüşdüyü vaxtlariydı. Bu mahnı qələbəyə aparan yolun mayakı, körpüsü idi. Bu mahnı güc verirdi, təpər verirdi.

Mahnı onu ifa edəni də, eşidəni də qeyrətlə, əzmlə, inamla, Vətənə məhəbbətlə silahlandırır, irəliyə çağırır, qələbəyə səsləyirdi. Düşmənlərimizin ayağa düşəcəkləri, layiqli cəza alacaqları günü yaxınlaşdırırdı.

Bir gün xəbər yayıldı ki, azyaşlı bağça uşaq­ları hospitala qonaq gəliblər və palataları gəzib yaralılar üçün həmin mahnını – “Əsgər Marşını” ifa edirlər. Onların sorağını alan kimi hospital canlandı - hamı səbirsizliklə, həyəcanla, sevinclə onları gözləməyə başladı.

Bizim 7-ci palata uzun dəhlizin lap axırında yerləşirdi. Və mənimkilər qalxa bilməyən yaralılar idi. Onlardan biri mənim doğma qardaşım - Goranboylu Münasif idi. İrəvanlı Qafqaz

Əhmədov, xaçmazlı Mahmud Bünyadov, cəbrayıllı Etibar Əliaslanov, ağdamlı Azər də mənə qardaş kimi doğmaydılar. Hər birinin döyüş yolundan xəbərim var idi. İgid idilər, mərd, qorxmaz, cəsur idilər mənim döyüşçülərim, mənim yaralı qardaşlarım, igidlərim, mənim əzizlərim... Onların necə səbirsizliklə uşaqları gözlədikdərini sizə çatdırımaq üçün söz tapmaqda çətinlik çəkirəm. Hamısı diqqət kəsilərək uşaqların uzaqdan hələ zəif eşidilən səslərini, belə demək mümkünsə, izləyirdilər: bax, deyəsən 1-ci palatadan çıxdılar... Hə, indi 2-cidədilər...

Mən onların həyəcanlarına, intizarlarına biganə qala bilməzdim. Qərara gəldim və bir-bir bizdən əvvəlki palatalara girib «sakinlərdən» icazə aldım ki, ardıcıllığın pozulmasına icazə versinlər ki, növbəti «dayanacaq» dəhlizin sonunda yerləşən bizim palata olsun. Hamı bizdə vəziyyətin nə yerdə olduğunu, mənimkilərin gəzə bilmədiklərini bildiyindən, heç kəs etiraz eləmədi. Beləliklə, intizara son qoyuldu...

Bağça uşaqları öz çıxışları, şövqlə ifa etdikləri döyüşkən mahnıları ilə 7-ci palataya təşrif buyurdular, xorla mahnılarını oxumağa başladılar. Yaralı əsgərlərin solğun bənizlərinin rəngi-ruhu yerinə gəldi, gözləri işıqlandı, dodaqlarını təbəssüm bəzədi. Sanki otaq da genişləndi, tavan da hündür oldu, ağrılar da azaldı.

Mənsə bir kənarda durub, məmnunluqla dillər əzbəri olan, bütöv bir batalyon qədər hünərli olan bu mahnının təkcə döyüşdüyünə yox, həm də müalicə elədiyinə, yaralara məlhəm olduğuna şahidlik edirdim...

Bu mahnı sağaldırdı. Bu mahnı vuruşurdu, döyüşürdü, erməni qəsbkarlarının qabağına sipər çəkirdi, onları lərzəyə salırdı.

Bu mahnı vətənpərvərliyə çağırır, bu ruhda tərbiyə edirdi. Bu mahnı erməni işğalçıları, daşnak faşistləri üzərində Qələbə gününü yaxın edirdi.

O vaxtdan illər keçir....

Heç vaxt unutmayacağım o anları xatırlayaraq ürək ağrısı ilə düşünürəm ki, deyəsən döyüşən o Mahnımız da yaralandı, əsir düşdü. Bəlkə də ... Şəhid oldu.

Amma bütün Şəhidlər kimi bu döyüşən Mahnı da ölmədi. Ürəklərə köçdü. Xatirələrdə yaşamağa davam etdi. Ən azı, o vaxt onu şövqlə ifa edən balaca uşaqların qəlbində əbədi məskən tapdı, yaşadı. Hələ dili düz-əməlli söz tutmayan, ancaq bu Mahnının sözlərini səlis tələffüz edən o uşaqların yaddaşına hopdu.

Belə olmasaydı, bu gün düşmənlə barışmazlığı özünə ən güclü silah seçib ölümün üstünə könüllü yeriyən igid, mərd, qorxmaz Mübarizlərimiz, Fəridlərmiz, neçə-necə igidlərimiz olmazdı. Əminəm ki, Mübariz də, onun kimi bir çox başqa igidlərimiz də hələ körpə olanda həmin döyüşən Mahnının sədaları altında Vətənin qorxubilməz müdafiəçiləri kimi formalaşmışdılar.

Marş irəli, marş irəli!
Azərbycan Əsgəri!


Düşünürəm ki, biz, Şəhid olan, lakin ölməyən o Mahnıya bir heykəl, bir abidə ucaltmalıyıq. Çünki, qəhrəmanlığa səsləyən, igidliklə vuruşan, döyüşən bu Mahnı da Vətənin bir əsgəri idi. Vətənin də, özünü bu Vətənin övladı hesab edən hər bir azərbaycanlının da borcudu Şəhid olan o igid Mahnımıza abidə ucaltmaq - Qələbə Abidəsi.

Bu Böyük Qələbəni qazanmaq, əldə etmək hər kəsin borcudu – ölkə prezidetinin də, nazirlərin də, dövlət məmurlarının da, onların əziz-xələf balalarının da. İş adamlarının da, çörəyini daşdan, torpaqdan çıxaran sadə insanların da. Hər kəsin və hamının!

"Bütöv Azərbaycan" qəzeti
9 oktyabr 2015-ci il


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!