Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 24-06-2015, 18:18
Ey kimliyi müəmmalı!

oxü.az -da "Mübariz İbrahimovu qəhrəman saymıram" deyəcək qədər "qeyrətli" olan və ermənilərə mədhnamə deyən kəsin - BƏYANATına cavab:
Ey kimliyi müəmmalı olan kəs! bil və ağah ol ki:
Mübariz Vətənə məhəbbətdən şeirlər yazmadı, mahnı bəstələmədi, «Lazım gələrsə düşmənlə döyüşə hazırıq!» söyləmədi, pafosla «Vətən, Vətən!» demədi. O, sadəcə ömrünün ən gözəl çağında ölümdən uca olmağı bacararaq bu Vətənin yolunda canından keçdi! Şəhidliyi könüllü qəbul edib Millətimizin Qəhrəmanı oldu!
Tanrının yaratdığı hər kəs üçün gözlə qaş arasında olan ucuz ölümü düşmənə çox baha satmaqla, Mübariz yatmış vicdanları oyatdı, kütləşməkdə olan vətənpərvərlik hisslərinə bülöv çəkdi, düşmənə papaq altında yatan oğlanların qisasının gücünü göstərdi. Elə özümüzə də!
Mübariz öz danılmaz qəhrəmanlığı ilə belə igidləri olan Vətənin basılmazlığını mənfur erməni qəsbkarlarına bir daha anlatdı! Lərzəyə saldı düşmənlərimizi.
Mwbariz ölməyib! Düşmənə göz dağı olan uca qaməti, məğrur görkəmi, əzəməti və əzmi ilə ölümə qalib gəlib! Nurlu siması, doğma çöhrəsi ilə bizim hər birimizə əzizdən də əziz olan Mübarizimiz öz şərəfli ölümüylə əbədi ölümsüzlük qazanıb!
İndi «Bu torpağın Nəbisi, Koroğlusu, Babəki var!» sözlərini çox eşitmiş insanların artıq əfsanəsi yox, canlı həqiqəti var - Mübariz adlı həqiqəti! Həqiqət isə qəhrəmanlıq kimidir - heç vaxt ölmür!
S.M.


Paylaş



Bölmə: Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!