“Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib .....                        Ukrayna Rusiyanın iddialarını “absurd” adlandırdı .....                        Qızlara söz atan məktəblini döydü, həbs olundu .....                        Müharibə istəmirik, amma... - İRAN .....                        İşədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı .....                        Gültəkin Hacıbəylinin evində axtarış aparılıb .....                       
Tarix : 3-12-2015, 12:41
“Transgeytə” məxsus marşrutun sürücüləri “yüksək plan”a etiraz olaraq kütləvi işdən çıxırlar



İki ay idi çıxıb evimdə oturmuşdum, rəisimizə nə deyim, məni yenidən işə çağırdı və durduğum yerdə zibilə salıdı.

Nə gündəlik planı (pulu) vermək olur, nə də Allah kömək olmuş yaşlı sürücü həmkarlarım adama düz-əməli bir söz deyirlər...

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, bunu “Transgeyt” şirkətinə məxsus olan “193” saylı avtobusun sürücülərindən biri dünən səhər saatlarında sərnişinlərlə giley-güzar edərkən səsləndirib.

“Soruşanda dedilər ki, planı da veririk, üstəlik gündəlik “çax-çuxumuz” da olur, amma neçə gündür planı 15-20 manat ziyanla yerinə yetirirəm” - deyən sürücü 59 yaşı olduğunu və 16 yaşından sürüçü işlədiyini bildirib.

O, həmçinin, şirkət tərəfindən gündəlik planın həddindən çox yüksək müəyyən edildiyini bildirib.

“Bir neçə gündür 193 işləyirəm, kaş işləməz olaydım. Əvvəllər başqa marşrutda (artıq ləğv olunub) işləyirdim və gündəlik planı ödəyir, birtəhər ailəmi dolandırırdım. Ancaq “193”-ə gələn gündən zərərlə işləyirəm, hər gün ən azı 15-20 man əskik plan ödəyirəm.

Gündəlik plan da çox müəyyən olunub, onu heç cür ödəmək mümkün deyil. Hətta, dünən 6 sürücü həmkarım açarları qaraj müdirinin üstünə tullayıb, işdən getdilər... Başqa marşrutlarda da vəziyyət bundan yaxşı deyil...

Hətta, dövlətə məxsus şirkətlərdən birinə aid olan avtobusa işə düzəlmək istədim, dedilər ki, “pensiya yaşındır”, biz 55 yaşdan yuxarı olanları götürmürük... Axı, Azərbaycanda “pensiya yaşı” 65-dir... Heç kim heç kimin kitabını oxumur...”- deyə, adını çəkmədiymiz sürücü daha sonra deyib.

Dünəndən bu yana 109-dan götürdüyümüz “Transgeyt”-in telefonları isə müdrikcəsinə susur... Dəstəyi qaldıran yoxdur...


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!