Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 30-12-2015, 12:10
Bulvarda konsert olmayacaq



Dekabrın 31-də gecə saat 12-də il dəyişən zaman Bakı Bulvarında atəşfəşanlıq olacaq.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, artıq bulvarda atəşfəşanlıq üçün lazım olan elementlər quraşdırılıb: “Onlar estakadaların üzərində quraşdırılıb".

Hər il bulvar ərazisində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən konsertin keçirildiyini deyən Idarənin rəis müavini əlavə edib ki, dekabrın 31-də konsert proqramının keçirilməsi nəzərdə tutulmayıb.

N.Məcidov qeyd edib ki, Yeni il bayramı günlərində bulvar ərazisindəki obyektlər paytaxt sakinlərinə və şəhərin qonaqlarına bütün gün ərzində xidmət göstərəcəklər: “Dekabrın 31-də obyektlər müştəriləri məmnun etmək üçün gün ərzində işləyəcəklər. Sonrakı bayram günlərində isə tələbatdan asılı olaraq, iş vaxtlarını uzadacaqlar”.

N.Məcidov qeyd edib ki, attraksionların qiymətlərində dəyişiklik baş verməsə də, iqtisadi böhranla əlaqədar obyektlərdə göstərilən xidmət haqlarının qiymətlərində bahalaşma müşahidə edilə bilər: “Bazarda müəyyən məhsulların qiymətləri qalxıb. Onda təbii ki, bulvarda da qiymətlər qalxacaq. Qiymətlər bazar iqtisadiyyatının qanunları ilə tənzimlənir. Amma süni qiymət artımına qarşı mübarizə həmişə olduğu kimi, bu il də aparılacaq”.


Trend


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!