Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 29-08-2013, 17:17
Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv oldu


Azərbaycan Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Azərbaycanın nümayəndə heyəti Zambiya və Zimbabvedə keçirilən BMÜTT Baş Assambleyasının 20-ci sessiyasında iştirak edir.

Sözügedən tədbir çərçivəsində bu gün Zambiyanın Livinqston şəhərində keçirilmiş növbəti iclasda Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyi müzakirə olunub və ölkəmizin Şuraya üzvlüyü təsdiqlənib. Qeyd edək ki, Avropa qitəsinin 4 dövlətinin (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) sırasında Azərbaycan üzvlüyə 25 səslə birinci olaraq seçilib. Azərbaycanın təklifi nəzərə alınaraq BMÜTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunub.

Qeyd edək ki, sözügedən qərarların müzakirəsi zamanı Ermənistan Respublikasının nümayəndə heyəti etirazını bildirib, lakin Ermənistanın mövqeyi digər iştirakçılar tərəfindən dəstəklənməyib.

Nazirlikdən bildirilib ki, BMÜTT-nin fəalliyəti çərçivəsində əldə olunan nailiyyətlər Azərbaycanın turizm dünyasında nüfuzunun artırılmasının və ölkəmizin dünyadakı imicinin göstəricisidir. Turizm sahəsində əldə olunmuş statistik rəqəmlər bu nüfuzun artırılmasının daha bir təsdiqidir.

ANS PRESS


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!