Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 2-03-2026, 19:51
Ombudsman Aparatında “Susmayan həqiqətlər” sərgilənib


Ombudsman Aparatında

“Susmayan həqiqətlər” sərgilənib



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” mövzusunda sərginin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ombudsman Səbinə Əliyeva çıxış edərək, “Susmayan həqiqətlər” sərgisinin xalqımızın tarixində ən faciəli səhifələrdən biri olan azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların ictimaiyyətə çatdırılması, qurbanların əziz xatirəsinin ehtiramla yad edilməsi və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Müvəkkil 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə

azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qırğınlar nəticəsində on minlərlə dinc insanın yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirildiyini, yaşayış məntəqələrinin dağıdıldığını qeyd edib. Ombudsman bu hadisələrin beynəlxalq hüquqa əsasən sülh və insanlıq əleyhinə törədilmiş ağır cinayətlərdən biri - soyqırımı cinayəti kimi qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dosenti Nazim Mustafa, eləcə də Ombudsman Aparatının əməkdaşı Polad Cəfərzadə çıxış ediblər.
Çıxışlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından bəhs edilib. Bildirilib ki, 1905-1906, 1918-1921, 1948-1953 və 1987-
1991-ci illərdə baş vermiş deportasiya prosesləri nəticəsində azərbaycanlıların fundamental insan hüquqları kobud şəkildə pozulub.
Tədbirdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin, onların beynəlxalq səviyyədə tanınmasının və qurbanların hüquqlarının bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Daha sonra şair publisist, Prezident mukafatçısı, Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvu, Qarakilsə rayonunun Şəki kənd İcmasının sədri Azadə Novruzova müəllifi olduğu "Zəfər aşiqləri: Qarakilsə şəhidləri" ensiklopedik toplusu barədə ətraflı məlumat təqdim etdi. O, kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun döyüşçüləri haqqında bioqrafik təqdimatların qeyd edildiyini bildirib.
Qeyd edək ki, toplunun "Ön söz"ünün müəllifi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyevadır.

Sərgidə nümayiş olunan arxiv sənədləri, fotoşəkillər və digər materiallar azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin miqyasını və ağır nəticələrini əyani şəkildə əks etdirir. Materiallar, həmçinin tarixi yaddaşın qorunmasına, insan hüquqları sahəsində ictimai məlumatlılığın artırılmasına və beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına xidmət edir.
Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Ombudsmanı tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin sənədləşdirilməsi, beynəlxalq təşkilatlara müvafiq hesabat və müraciətlərin təqdim olunması istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir. “Susmayan həqiqətlər” sərgisi də bu fəaliyyətin tərkib hissəsi olaraq tarixi ədalətin bərpasına, insan hüquqlarının müdafiəsinə töhfə verməyi hədəfləyir.
Sərgi 31 mart tarixinədək ziyarətçilər üçün açıq olacaq.





Paylaş



Bölmə: Siyasət / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!