Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin! - PUTİN .....                        Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI .....                        Azərbaycanlı şəhid ailələri Yaşar Gülərin dəvəti ilə Ankarada .....                        Gədəbəydə dağlıq ərazidə yanğın .....                        Beyinin qocalmasını dayandıracaq maddə aşkarlandı .....                        Dövlətə xəyanət edən Bəhruz Səmədov 15 il həbs edildi .....                        Tramp Rusiya və Çinlə bağlı Pentaqona tapşırıq verib .....                        Əfqanıstanda ölənlərin sayı 1500-ə çatır .....                        Müharibə və sülh arasında seçim - Çin liderindən mesaj .....                       
Tarix : 20-06-2016, 17:02
Cəlilabadda meşə yandı


Bu gün saat 14 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göytəpə meşəbəyliyinin 16 saylı dolayının yüksək dağlıq ərazisində yanğın baş verib.

Butov.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal yerli qurumlarının əməkdaşları cəlb olunub. Ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün əsasən əl əməyindən istifadə edilib və Nazirliyin əməkdaşlarının ciddi səyləri nəticəsində qısa müddət ərzində söndürülüb. Yanğın 20 sot ərazini əhatə edib, quru ot və kol örtüyü yandığından meşə fonduna ziyan dəyməyib,.

Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!