Azərbaycan Slovakiya ilə dostdur .....                        Məhkəmə binası təmir ediləcək - Nazirlik pul ayırdı .....                        Liderlər təkbətək görüşdü - FOTO .....                        Nazirlik Bakıdakı məşhur klinikanı cərimələdi .....                        Azərbaycan komandaları dumana görə futbol oynaya bilmədilər .....                        İlham Əliyevi Bratislavada Peter Pelleqrini qarşıladı - FOTO .....                        Şahin Mustafayev Əraqçi ilə nələri müzakirə etdi? .....                        Gürcüstana yeni giriş qaydası 1 yanvardan qüvvəyə minəcək .....                        Yekaterinburqda həbsdə olan azərbaycanlıların apellyasiya şikayətinə baxıldı .....                       
Tarix : 29-09-2016, 19:26
Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub


Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Uruqvay Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Butov.az xəbər verir ki, MM-dən APA-ya verilən məlumata görə, sədr bildirib ki, III Beynəlxalq Forumda da iştirak edən Uruqvay Parlamentinin nümayəndə heyəti MM-də olub, Azərbaycanın qanunverici orqanının fəaliyyəti ilə yaxından maraqlanıb.
Sədr qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, parlamentlərdə dostluq qruplarının fəaliyyət göstərməsini önəmli hesab edib. O qeyd edib ki, ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağa bir vaxtlar səfər etmiş bir neçə uruqvaylı deputatla əlaqədar anlaşılmazlıqlar olsa da, bu məsələlər artıq aradan qaldırılıb və bu gün münasibətlərin inkişafında heç bir problem yoxdur:

Xerardo Amarilya isə qeyd edib ki, Uruqvay nümayəndə heyətinin tərkibinə parlamentin hər iki palatasından olan, müxtəlif siyasi partiyaları təmsil edən deputatlar daxildir. Qonaq Beynəlxalq Humanitar Forumun işini, tədbirdə müzakirə olunan məsələləri yüksək dəyərləndirərək, bu Forumun artıq bütün dünyada böyük nüfuz qazandığını söyləyib.

Qəbulda parlamentlərarası əlaqələrdən söhbət açan qonaq yaxın zamanlarda Uruqvay Parlamentində dostluq qrupunun tərkibinin müəyyənləşəcəyini bildirib. O bildirib bu qrupa üzv olmaq istəyən deputatların sayı olduqca çoxdur. Bu isə uruqvaylı deputatların Azərbaycana olan marağından xəbər verir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!