“Sədərək”də yanğın - Zəhərlənənlərdən 2 nəfərin durumu orta ağırdır .....                        "Sədərək"dəki yanğının bəzi TƏFƏRRÜATLARI .....                        Yəməndə daşqınlar - Ölənlərin sayı artır .....                        Yanan obyekt bu şirkətə məxsus imiş .....                        Putinlə görüşdüyünə görə üzr istədi .....                        Ukrayna Rusiyanın enerji obyektlərini vurdu .....                        Norveç Almaniyadan Ukrayna üçün “Patriot” alır .....                        “Sədərək”də yanğın yayılmasının qarşısı alınıb - FHN .....                        Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi .....                       
Tarix : 11-10-2016, 18:30
İlham Əliyev fərman imzaladı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilib.

“Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897) 1-ci hissəsində “1000 (min)” sözləri “1300 (min üç yüz)” sözləri ilə əvəz edilib.

Bundan başqa “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 954 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 897) 1-ci hissəsi ləğv edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!