ŞƏRƏFLİ ÖMRÜN AKKORDLARI .....                        Trampdan Nobel mükafatı ilə bağlı açıqlama .....                        Ələtdəki hava limanına yeni rəhbər təyin edildi .....                        “HƏMAS dağıdılmasa, Netanyahu hökumətini devirəcəyik” .....                        Qəzzada müharibə başa çatdı: döyüşlər dayandırıldı .....                        Əminəm ki, Rusiya-Ukrayna müharibəsi də bitəcək .....                        Qəzzaya yardım aparan gəmidə azərbaycanlılar da var imiş - RƏSMİ .....                        MDB nazirləri Düşənbədə görüşdülər .....                        Qardaşı tərəfindən bıçaqlanan gənc xəstəxanada öldü .....                       
Tarix : 8-07-2017, 11:40
11 əcnəbi saxlanılıb


Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlərdə ölkə ərazisində qanunsuz yaşayan 9 nə­fər Hindistan, 1 nəfər Banqladeş və 1 nəfər Ni­geriya və­tən­da­şı sax­­­lanılıb.

DMX - dan Butov.az - a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Hindistan və­tən­daş­ları Marimuthu Suresh, Murugeshan Jayanal, Murugeshan Vignes, Manikandar Mathivazhagan, Elayaraja Radhakrishna, Vallyakalam Sebastian, Puthenpuraparmbu Majeed, Philip Rony, Cherian Sunish ölkəyə “ASAN Viza” sistemi vasitəsilə verilmiş elektron viza ilə gəliblər. Qeyd edilən əcnəbilərin Şri Lanka vətəndaşı Sahul Hameeduge Sanoordeen tərəfindən Azərbaycanda müvafiq yaşama icazələrinin alınması vədi ilə aldadılaraq gətirildiyi müəyyənləşib.

Bundan əlavə, adıçəkilən Hindistan vətəndaşlarının və Nigeriya vətəndaşı Akhabue Wilfred Ehikioyanın qeydiyyatsız olaraq yaşadıqları “Sport Baku Hostel”in inzibatçısı Elnur Məm­mə­dov tərəfindən on­lara təhsil pərdəsi al­tın­da müvəqqəti yaşama icazələrinin alın­ma­sı­na dair vədlər verildiyi və həmin şəxs­lə­rin qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yarıdıldığı məlum ol­ub.

“Sport Baku Hostel”də saxlanılmış Banqladeş vətəndaşı 1 avqust 1988-ci il təvəllüdlü MD Shawa Buhiyanın əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarıldığı, bi­lə­rək­dən pasport məlumatlarını dəyişərək 10 avqust 1988-ci il təvəllüdlü Nur Mohammad kimi Azərbaycana yenidən daxil olduğu aşkarlanıb.



11 əcnəbi saxlanılıb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!