Ağdaşda iki bacını maşın vurub öldürdü .....                        Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar .....                        Orbanın səfəri başa çatdı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Türkiyənin Qarabağda həyata keçirdiyi layihələrin dəyəri açıqlandı .....                        Liderlərin şərəfinə rəsmi nahar verildi .....                        Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi .....                        TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi .....                        Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                       
Tarix : 28-08-2013, 12:57
İdmançımız 5 qat dünya çempionunu üstələdi


Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Cənubi Koreyanın Çunqju şəhərindəki dünya çempionatında yarımfinala yüksəlib. Azərbaycan Avarçəkmə Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 1 nəfərlik qayıqla (M1x) çıxış edən Aleksandrov ¼ final yürüşündə ilk “3-lük”ə düşməyi bacarıb.

Onun rəqibləri arasında 5 qat dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyl (Yeni Zelandiya), eləcə də 2000-ci il Sidney olimpiadasının bürünc mükafatçısı, 2002-ci ilin dünya çempionu Marsel Hakker (Almaniya) də olub. Hakker finişə hamıdan tez – 6 dəqiqə 57,37 saniyəyə çatıb. 2-ci yeri 6 dəqiqə 59,78 saniyə nəticə göstərən Aleksandrov tutub. Bolqarıstanlı Georgi Bojilov isə 7 dəqiqə 0,21 saniyə göstərici ilə 3-cü olub. Hər 3 avarçəkən əsas yarımfinala vəsiqə qazanıb.

Əvəzində Drizdeyl finişə 7 dəqiqə 1,70 saniyəyə 4-cü çataraq, mükafatlar uğrunda mübarizə şanslarını itirib. Halbuki o, 2000 metrlik məsafənin yarısını keçərkən 3-cü, sona 500 metr qalmış isə 2-ci yerdə olub. Həlledici bölümdə Aleksandrov və Bojilov tempi artıraraq, son olimpiya çempionunu geridə qoymağı bacarıblar. Bununla da dünyanın ən titullu avarçəkənlərindən biri sıradan çıxıb. Aleksandrov daha öncə Drizdeyli Henli Kral reqatasında da məğlub etmişdi. Onun 2012-ci il London Yay Olimpiya Oyunlarının finalında üstələdiyi Hakker isə bu dəfə əvvəldən sonadək birinciliyi əldən verməyib. Yeni zelandiyalı avarçəkəndən başqa ABŞ təmsilçisi Stefen Velpley (7:12.73) və iraqlı Heydər Hamarəşid (7:29.28) də əsas yarımfinaldan kənarda qalıb.

Qeyd edək ki, növbəti mərhələ yürüşləri avqustun 30-da olacaq.


Paylaş



Bölmə: İdman / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!