İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 7-11-2016, 19:50
UEFA Tofiq Bəhramovdan yazdı


UEFA-nın rəsmi saytı məşhur azərbaycanlı beynəlxalq dərəcəli hakim Tofiq Bəhramovla bağlı yazı hazırlayıb.
Butov.az Publika.az-a istinadən xəbər verir ki, məqalədə əvvəlcə mərhum referinin idarə etdiyi oyunlardan bəhs olunur. Bildirilir ki, T.Bəhramovu 1966-cı il dünya çempionatında İngiltərə və AFR milliləri arasında keçirilmiş final matçı məşhurlaşdırıb. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə sayəsində dünya çempionu olub.
Bununla yanaşı, T.Bəhramovun 1972-ci ildə ilk UEFA Kubokunun final matçını idarə etdiyi də vurğulanıb. Həmin oyunda İngiltərənin "Tottenhem" klubu "Viverhempton"u 2:1 hesabı ilə məğlub edib.
O da qeyd olunub ki, Respublika stadionuna T.Bəhramovun adı verilib. Arenanın qarşısında isə məşhur hakimin heykəli qoyulub. Məqalədə daha sonra nəvə Tofiq Bəhramovun müsahibəsi əksini tapıb. Müsahib babası barədə xatirələrini bölüşüb. O, DÇ-2016-nın final matçının əlavə vaxtındakı epizod zamanı topun qapı xəttini keçdiyini söyləyib: "Babam həmin görüşdə böyük rol oynadı. O, qolu əminliklə və düzgün qeydə aldı. Oyundan sonra baş hakim babama yaxınlaşaraq, "Çox sağ olun, cənab Bəhramov. Siz mənim nüfuzumu xilas etdiniz. O vaxtlar qapı torları neylondan idi. İndi tor düz asılır, əvvəllər isə başqa cür idi. Top qapı dirəyi altına dəydikdən sonra xətti keçdi və çölə çıxdı. O, bunu dəqiqliklə gördü. Topun qapı xəttini keçdiyini müəyyənləşdirməyə tor kömək etdi. Bu il müasir texnologiyalar da babamın qərarının doğruluğunu təsdiqləyib. Həmin vaxt İngiltərə tarixində ilk dəfə dünyanın ən güclüsü oldu və təəssüf ki, bu nailiyyəti indiyədək təkrarlaya bilmir".
Nəvəsi, həmçinin bildirib ki, mərhum Tofiq Bəhramov İngiltərə "Mançester Yunayted"i ilə İspaniya "Real Madrid"i arasındakı Çempionlar Kubokunun yarımfinal matçını da idarə edib. O, 1970-ci ildə Meksikada keçirilmiş dünya çempionatında da hakim kimi çalışıb.
Qeyd edək ki, Tofiq Bəhramov 1993-cü il martın 26-da 67 yaşında dünyasını dəyişib.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!