Tarix : 13-09-2013, 15:04
 
 Azərbaycan–Rusiya oyununun başlama vaxtı bəlli olub. 
 ANS PRESS-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, 2014-cü ildə Brazilyada təşkil olunacaq dünya çempionatının seçmə məhələsi çərçivəsində baş tutacaq qarşılaşma, FİFA-nın qərarı ilə bu il oktyabrın 15-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 
 Qarşılaşmanın “Bakcell arena”da baş tutacağı bildrilir. Bununla əlaqədar olaraq, AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək.
 
 Paylaş
  Bölmə: İdman / Karusel / Manşet / Xəbər lenti