Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 8-10-2015, 15:50
“Son 10 ildə Azərbaycanda spirtli içkilərə xərclənən pul 54, 4 milyon manat artıb”


Butov.az Modern.az saytına əsasən bildirir ki, spirtli içkilərin zərərləri barədə dəfələrlə xəbərdarlıqlara baxmayaraq, insanların bəziləri bu vərdişlərindən əl çəkmirlər. İçkini xoş əhval yaratmaq, istirahət üçün qəbul etdiklərini deyənlər, əslində özlərini o dünyaya bir az da yaxınlaşdırmalarının fərqində deyillər.

Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov Modern.az saytına bildirib ki, mərkəzdə 2014-cü il ərzində sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinədən 33 387 nəfər keçib: “Onlardan 822 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə edilərkən, 323 nəfərdə sərxoşluq aşkarlanıb”.

Statistika da spirtli içkilərə üstünlük verənlərin azalmadığını sübut edir. Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov 2005-2014-cü illərdə və 2015-ci ilin yanvar-avqust aylarında spirtli içkilərin idxalı və pərakəndə satışı barədə statistik rəqəmləri təqdim edib. Rəqəmlərdən məlum olur ki, spirtli içkilərə xərclənən vəsaitlərin həcmi 10 il ərzində 54, 4 milyon manat artıb. İlin başa çatmadığını nəzərə alsaq, bu fərqin artacağı istisna deyil.


Butov.az



Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!